beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Nəsib

Nəsibov Vaqif Hüseyn oğlu (Vaqif Nəsib) - şair, nasir, tərcüməçi, 1973-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Filmoqrafiya


Həyatı

Vaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirib ADU-nun filologiya fakültəsində təhsil almışdır (1957-1962). Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır (1962-1965). "Na boyevom postu" ("Mübariz keşikdə") qəzeti redaksiyasında məsul katib (1965-1966), "Azərbaycan pioneri" qəzeti redaksiyasında şöbə müdiri (1966-1968), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor (1968-1969), "Qobustan" jurnalı redaksiyasında məsul katib (1969-1975), "Gənclik" nəşriyyatında baş redaktorun müavini (1975-1983), "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1988-?) vəzifələrində çalışmışdır.

Bədii yaradıcılığa 1957-ci ildə dərc etdirdiyi şeirləri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

Əsərləri
1.Çəpiş. Bakı: Uşaqgəncnəşr, 1962, 14 səh.
2.Görüş. Bakı: Azərnəşr, 1964, 13 səh.
3.Durna günü. Bakı: Gənclik, 1970, 131 səh.
4.Salam, Əskipara yolu. Bakı: Gənclik, 1974, 127 səh.
5.Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev. Bakı: Gənclik, 1975, 29 səh.
6.Bağçadanməktəbə. Bakı: Gənclik, 1977, 88 səh.
7.Ömürdəngündən. Bakı: Gənclik, 1979, 144 səh.
8.Uzundərə. Bakı: Gənclik, 1981, 282 səh.
9.Dağ havası. Bakı: Gənclik, 1983, 248 səh.
10.Ceyrançöllü Qoç Kərəməli. Bakı: Gənclik, 1986, 336 səh.

Tərcümələri
1.Radi Fiş. Nazim Hikmət. Bakı: Gənclik, 1985, 324 səh.
2.V.Brestov. Oxumağa gedirəm. Bakı: Gənclik, 1987, 16 səh.
3.S.Marşak. Həzin nağıllar. Bakı: Gənclik, 52 səh.

Filmoqrafiya
1.Maqarıç (film, 1973)


Tarix: 19.01.2013 / 15:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 810 Bölmə: Şairlər və Yazıçılar