beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teymur Elçin

Əliyev Teymur Süleyman oğlu – şair, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1958), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Azərbaycan mədəniyyət nazirinin müavini (1975-1988)Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Yaradıcılığı
5 Həmçinin Bax


Həyatı

Əliyev Teymur Süleyman oğlu 1924-cü il martın 28-də Şuşa şəhərində anadan olmuşdur. 1931-ci ildə ailəliklə Bakıya köçmüşlər. Burada 132 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1941-1948).

Eyni zamanda "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi (1941), Azərbaycan Radio Komitəsində ictimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir (1941-1942), diktor, redaktor, məsul redaktor (1942-1943), İkinci Dünya müharibəsi dövründə Zaqafqaziya cəbhəsində kursant, kiçik komandir, alay komsomol təşkilatçısı, Zaqafqaziya cəbhəsi siyasi heyətinin hazırlıq və yenidən hazırlıq kurslarının müdavimi (1943-1945) olmuşdur. Ordu sıralarından tərxis ediləndən sonra APİ-nin komsomol komitəsinin katibi (1945-1946), Azərbaycan LKGİ Bakı şəhər komitəsinin birinci katibi (VI, 1946 – IV, 1948), Azərbaycan LKGİ MK təbliğat və təşviqat şöbəsi müdirinin müavini (1948-1949), Azərbaycan LKGİ Bakı komitəsinin katibi (U, 1949 – IV, 1950), Azərnəşrin siyasi-ictimai ədəbiyyat şöbəsinin müdiri (1950-1952), Azərbaycan Nazirlər Soveti yanında Radio Məlumat Komitəsi sədrinin müavini (1952-1953), Azərbaycan Nazirlər Soveti nəşriyyat qrupunun rəisi, katibliyin müdiri (1953-1955), Azərbaycan KP MK elm və mədəniyyət şöbəsinin təbliğat və təşviqat şöbəsi müdirinin müavini (1955-1957), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin (sonra Dövlət komitəsi) sədri (1957-1964), Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri (1964-1975), Azərbaycan mədəniyyət nazirinin müavini (1975-1988) vəzifələrində işləmişdir. Azərbaycan KP MK ümumi şöbəsinin müdiri (1988-1990), Azərbaycan LKGİ MK və Bakı komitəsinin üzvü, Bakı şəhəri rayon partiya komitəsinin büro üzvü seçilmişdir. Azərbaycan KP XXI, XXU qurultaylarında Azərbaycan KP Təftiş Komissiyasının üzvü, Azərbaycan KP MK üzvlüyünə namizəd, XXIV, XXV, XXVI, XXVU, XXVUI qurultaylarında isə Azərbaycan KP MK üzvü, Azərbaycan Ali Sovetinin V, VI, VU, VUI çağırış deputatı seçilmişdir. Sovet İttifaqı rəsmi nümayəndə heyətinin tərkibində Albaniya (1957), Bolqarıstan (1962), Macarıstan (1966), Polşa (1973) ölkələrində olmuşdur. İspaniyada, Avstriyada, Türkiyədə keçirilən Beynəlxalq folklor festivallarında Azərbaycan kollektivlərinə rəhbərlik etmişdir. Ədəbi fəaliyyətə kiçik yaşlarından başlamış, ilk şeirlərini məktəb şənliklərində oxumuşdur. Onun ilk mətbu əsəri Bakı Mərkəzi Pionerlər Evinin 1938-ci ildə nəşr etdiyi "Şeirlər məcmuəsi"ndə dərc olunan "Azərbaycan" şeiridir. Bundan sonra məktəb illərində onun dövri mətbuatda ("Kommunist", "Yeni yol" və "Azərbaycan pioneri" qəzetlərində) dərc edilən yazılan "Teymur Əlizadə" imzası ilə çıxmışdır. Onun bir sıra siyasi, lirik, əmək və uşaq şeirlərinə mahnılar bəstələnmişdir. "Qar qız" mənzum pyesi M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur (1983). Əsərləri keçmiş SSRİ, həmçinin xarici ölkə xalqlarının dillərində çap olunmuşdur. Bədii tərcüməyə də xüsusi diqqət yetirir. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı ordeni" (1971), "Şərəf nişanı" ordeni (1979), yeddi medal və üç dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, həmçinin ÜİLKGİ MK və Azərbaycan LKGİ MK Fəxri fərmanları ilə təltif edilmişdir.

Əsərləri
1.Qarqız. Bakı: Uşaqgəncnəşr, 1955, 15 səh.
2.Bip-bip. Bakı: Uşaqgəncnəşr, 1959, 31 səh.
3.Qulaq asın, danışım. Bakı: Uşaqgəncnəşr, 1959, 67 səh.
4.Qızulduz. Yaşar və Nur nənə. Bakı: Uşaqgəncnəşr, 1962, 32 səh.
5.Din-dan. Bakı: Azərnəşr, 1964, 16 səh.
6.Bahar, adlar, uşaqlar. Bakı: Azərnəşr, 1966, 112 səh.
7.Sözlər, nəğmələr, nağıllar, laylalar. Bakı: Gənclik, 1969, 79 səh.
8.Laylalar. Bakı: Gənclik, 1971, 15 səh.
9.Şəkərim, duzum. Bakı: Gəncik, 1977, 224 səh.
10.Xoruzbanı gedirəm. Bakı: Gənclik, 1978, 14 səh.
11.Torağayın nəğməsi. Bakı: Yazıçı, 1979, 202 səh.
12.Toğrul babanın nağıl ağacı. Bakı: Gənclik, 1982, 62 səh.
13.Balaca Aytən. Bakı: Gənclik, 1983, 14 səh.
14.Mənim kiçik ulduzlarım. Bakı: Gənclik, 1985, 350 səh.

Tərcümələri

(ruscadan)
1.N.Zabila. Vətənimiz. Bakı: Uşaqgəncnəşr, 1951, 12səh.
2.N.Zabila. Yasoçkanın kitabı. Bakı: Uşaqgəncnəşr, 1963, 16 səh.
3.N.Zabila. Balaca Marina. Bakı: Uşaqgəncnəşr, 1957, 16 səh.
4.A. və P.Barto. Pinti qız. Bakı: Uşaqgəncnəşr, 1957, 16 səh.
5.K.Çukovski. Qorxunc tarakan. Bakı: Uşaqgəncnəşr, 1961, 18 səh.
6.İ.V.Turgenev. Bədbəxt qız. Bakı: Uşaqgəncnəşr, 1961, 236 səh.
7.K.Çukovski. Moydadır. Bakı: Uşaqgəncnəşr, 1962, 22 səh.
8.S.Marşak. Usta tikər – usta sökər. Bakı: Azərnəşr, 1964, 16 səh.
9.A.Tudoraş. Balaca noxudun nağılı. Bakı: Azərnəşr, 1964, 16 səh.
10.K.Çukovski. Milçək-vizilçək, Bakı: Azərnəşr, 1965, 16 səh.
11.Gənc Marksın albomundan (xalq nağılları). Bakı: Azərnəşr, 1968, 36 səh.
12.P.Voronko. Ən gözəl yer vətəndir. Bakı: Gənclik, 1975, 30 səh.
13.K.Çukovski. Aybolit. Bakı: Gənclik, 1973, 219 səh.
14.T.Hofman. Şelkunçik və siçanlar padşahı. Bakı: Uşaqgəncnəşr, 1961, 80 səh.
15.Ş.Rəşidov. Kəşmir mahnısı. Bakı: Gənclik, 1979, 40 səh.
16.K.Çukovski. Milçək-vizilçək. Bakı: Gənclik, 1985, 120 səh.

(türkcədən)
17.N.Zəkəriyyə. Günəşə sevinək. Bakı: Uşaqgəncnəşr, 1967, 30 səh.


Tarix: 19.01.2013 / 15:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 703 Bölmə: Şairlər və Yazıçılar