beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Facebook-dan alınacaq dərslər

Keçən şənbə: “bu mövzunu,yoxsa o mövzunu yazım”,- deyə düşünərkən oğlum imdadıma yetişdi. “Facebook filmini ( The Social Network ) yaz”,- dedi. “Əsl sənin mövzundu.” İnsan qaynaqları əsaslı bir film… Üstəlik Oscar alması da gözlənilir.

Haqlı idi…

Facebookun əhvalatı, əsrin müvəffəqiyyət əhvalatı idi. Dünyanın ən çox istifadə edilən bir neçə markasından biriydi. 500 milyon üzvü vardı. Dünya əhalisinin altı milyard olduğu düşünüldüyündə və məktəb əvvəli uşaqlar ilə 75 yaşın üzərindəki yaşlılar nəzərə alınmadıqda təxminən hər səkkiz, doqquz adamdan biri Facebooka üzv idi.

facebook-un yaradıcısı Mark Zuckerberg

Yaxşı, qurucusu Mark Zuckerberg nəyi tutmuşdu?

Təbii olaraq, film bunu izah edir.



Həm də çox yaxşı izah edir. Ssenari, kitaba əsaslansa da,çox yaxşı düşünülüb. Dialoqlar düşündürücüdü. Səhnələr çox yaxşı hörülüb. Musiqi və aktyorlar da…

Mən oturub bu filmdən “iş dünyası və insan qaynaqları” sahəsində nələr öyrəndiyimi alt-alta sıraladım. On maddə çıxdı:

1. YAXŞI BİR MƏKTƏBİN HAVASI BUSINESS BAXIMINDAN MƏHSULDARDIR: Zuckerberg məlum olduğu kimi Harvard şagirdidir. Məktəbin fərqli bir havası var. Zəngin və yüksək status sahibi bir atanızın olması məktəb rəhbərliyi baxımından əhəmiyyətli deyil. Dekan şagirdin arxasında dayanır.

2. BAŞQALARININ HƏYATI HƏR VAXT YAXŞI SATILIR: Həm də gözlənilənin çox ötəsində bir satış gətirə bilər. Zuckerbergin tutduğu da bu idi. Hətta “Adamın əlaqədə olduğu birinin olub-olmadığı” haqda məlumat verən bir ictimai şəbəkənin tutmaması mümkün deyil.

3. REKLAM HƏR VAXT İŞƏ YARAMAZ SATIŞA ÇIXARMA ÜÇÜN HƏR VAXT BÖYÜK BÜDCƏLƏR LAZIM DEYİL. Reklamın əks təsir göstərəcəyi vəziyyətlər də ola bilər. Nabsterin qurucu ortağı, Zuckerbergə əhəmiyyətli bir öyüd verir: “Əsla reklam vermə. Bu işin məsumiyətini pozar ” . Facebook reklam və satışa çıxarma büdcələri olmadan doğulur və çox qısa zamanda böyüyür.

4. İŞİ İLK AĞLA GƏTİRƏN OLMAQ HƏR VAXT İŞƏ YARAMIR: Xatırlayarsınız, 1980-ci illərin başında ilk video film kasetini Philips etmiş, amma hələ ticariləşmədən yaponlara qapdırmışdı. Bənzər bir hekayə də burada var: Facebooku yalnız Harvardda istifadə etmək üçün bir şəbəkə olaraq düşünən iki qardaş bunun necə dünya səviyyəsində yayılacağını nəzərdə tuta bilmirlər.

5. SİZƏ AYAQ UYDURA BİLMƏYƏN ADAMDAN AYRILIN. YANINIZDA HƏR VAXT AĞILLI KƏSLƏR OLSUN: Yaxşı bir yoldaşınız var. İşi birlikdə bir yerə qədər gətirdiniz. Amma bundan sonrası getmir. Sizin kimi qabiliyyətli deyil. Nə edərsiniz? Yoldaşınızımı, yoxsa həndəsi bir sürətlə böyüyən şirkətinizimi seçərsiniz?

6. PUL VƏ STATUSUN GÜCÜ ƏHƏMİYYƏTLİDİR. AMMA HƏR VAXT TƏYİNEDİCİ OLMAZ: ” Bizim etdiklərimizi oğurladı”, – deyə Zuckerbergi məhkəməyə verən zəngin və güclü bir atanın uşaqları olan iki qardaş bu işi irəli apara biləcək tutumdan məhrumdurlar. İş onlara qalmış olsaydı, Facebook bu gün yalnız Harvard şagirdlərinin kompyuterlərində vardı. Atalarının statusunu sonuna qədər istifadə etdilər, amma müvəffəqiyyətli ola bilmədilər.

7. QLOBALLAŞMA O QƏDƏR SÜRƏTLİDİ Ki, TAPDIĞINIZ MƏHSUL İKİ-ÜÇ İLDƏ BÜTÜN DÜNYA TƏRƏFİNDƏN TANINA BİLƏR: Uzun sözün qısası, məhsulunuz yaxşı isə, dünyada sərhəd yoxdur.

8. ÇOX KİÇİK MAKİYAJLAR BƏZƏN İŞƏ YARAYA BİLƏR: The Facebookmu, yoxsa yalnız “Facebook” mu. Bir “The” ni çıxartmaq məhsulluğun şansını artıra bilər.

9. YAXINLARINIZA SƏLAHİYYƏT VERƏRKƏN DİQQƏTLİ OLUN: Çox yaxşı bir yoldaşınız var, amma ona hüquqi məsuliyyət verərkən bir dəfə daha düşünün. Sadə bir intiqam ehtirasıyla belə hər şeyi bir anda yox edə bilər. Sizə yalnız çaşmaq qalar.

10. VƏKİLSİZ HƏRƏKƏT ETMƏYİN: Hələ qarşı tərəfin güclü vəkilləri varsa… Qurdlar süfrəsinə əsla tək getməyin.

Zuckerberg filmi bəyənməyib. Səbəbi də özünə haqsız ittihamların olmasıdı. :”Facebookun quruluş əhvalatı qızlarla birlikdə olmaq və ictimai bir ətraf istəmək kimi sadə bir səbəbə sadələşdirilib”.

Bir maqazin qeydi: "Yaxşı, Zuckerbergin filmdə bəyəndiyi bir tərəf varmı? Bəli. Geyimlərim çox yaxşı təqlid edilmiş. Həqiqətən hamısı mənim geydiklərim" , – deyir.

Yaxşı, film reytinq qazandımı? Xeyr. ABŞ-da ilin ən yaxşı reytinq edən filmlərin arasında 28. sıradadı.

Amma siz mənə güvənin və filmi izləyin. Oscar namizədi olacağı üçün ikinci dəfə vizyona girəcəyini düşünürəm.

Son bir xatırlatma: Zuckerman Time jurnalı tərəfindən "ilin adamı" seçildi.


Tarix: 05.12.2014 / 15:32 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Ümumi Psixologiya