beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şüuraltı

Şüuraltı şüura tabedir. Şüuraltı şüurun hər dediyini edir, uşaq kimidir, möhtəşəm bir potensiala malikdir, amma safdır, şüurun hər dediyinə inanır. Məsələn, bir insan sarımsağın onun ürəyini bulandırdığına inanıbsa, şüuraltı ona hər yerdə sarımsağı tapacaq, içində sarımsaq olduğunu heç kimin hiss etmədiyi yeməklərdə belə sarımsağı dərhal hiss edəcək. Hətta sarımsağın iyini belə hiss edəcək və şüura xəbər verəcək.

Şüuraltı 24 saat fəaliyyətdədir, şüuraltı yatmır. O, gecə şüur yuxudaykən belə fəaliyyət göstərir, bədənin bütün fəaliyyətini idarə edir.

Şüur nəyə inanırsa, şüuraltı da bütün diqqəti ona yönəldir.

Amerikalı məşhur bir basketbolçu əvvəlcə beynində topun səbətdən keçəcəyini düşünmədən topu atmadığını deyir. Yenə bir qolf oyunçusu yaxşı bir qolfçu olmaq üçün əvvəlcə beynində topu necə atdığını canlandırmağın lazım olduğunu deyir.
Birdən topu qırağa atsam qorxusu.

Hamımız mütləq bunu yaşamışıq. Yeni doğulmuş bir körpənin nə vaxtsa, nədənsə qorxduğunu və ya utandığını gördünüzmü? Qorxu və utanma kimi duyğular sonradan öyrəndiyimiz şeylərdir.

İngilis dilində “self sabotage” deyə bir termin var. Yəni özün-özünə qarşı təxribat aparırsan.
Bir çox insanların günlük həyatlarında başqalarına və ya özlərinə özləri haqqında danışarkən istifadə etdikləri ifadələr “ self sabotage” dır. şuuraltı

Onlardan bəziləri bunlardır:
— Mən bacarıqsız biriyəm.

— Riyaziyyatı yaxşı bilmirəm.

— Gözlərim zəifdi.

— Yaddaşım zəifdi.

— Adları yadımda saxlaya bilmirəm.

— Özümə hakim ola bilmirəm.

— Çox əsəbiyəm.

— Qorxuram.

Və bunun kimi bir çox ifadələr. Vəziyyət, doğurdan da, bu cümlələrdə göstərilən kimi olsa da, əksini desək, necə olar?

Şüuraltını yenidən proqramlaşdıra bilərsiniz. Həm də bunun üçün uzun bir vaxt lazım olan müalicə üsullarına ehtiyac yoxdur. Problemi bilməyiniz və problemə qarşı təlqinlər edib şüuraltına təsir etməyiniz kifayətdir.

Şüuraltını istədiyiniz kimi proqramlaşdıra bilər, hədəflərinizə daha tez çata, istədiklərinizi daha tez əldə edə bilərsiniz.


Tarix: 27.11.2014 / 12:51 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Ümumi Psixologiya