beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Suyun yaddaşı

Qədim zamanlardan etibarən bəşəriyyət təcrübələr nəticəsində suyun müxtəlif möcüzəvi xüsusiyyətlərini aşkarlayıb. Lakin uzun bir müddət elm müşahidə etdiyi hadisələri izah edə bilmirdi. Suyun iki atom hidrogen və bir atom oksigendən ibarət olduğu hər kəsə məlumdur. Son illərdə yaranan yeni texnologiyalar və avadanlıqlar maddələri nano dərəcədə öyrənməyə imkan yaratdıqları üçün suyun bir sıra xüsusiyyətlərini izah etmək mümkün olub.
Suyun molekulunda hidrogenin iki atomu oksigenin bir atomuna 105 dərəcə altında birləşib.

Elektrik yüklərinin qeyri-simmetrik quruluşuna görə su molekulunun qütbləri var. Qütblərdən biri müsbət, digəri isə mənfi yüklər daşıyırlar. Fizikada belə bir struktur dipol adlanır. Su molekulunun özü yetərincə sabitdir. Bütün mürəkkəb maddələr enerji nəzərindən daha sərfəli strukturda yerləşirlər. Onlar müxtəlif molekullar arasında möhkəm əlaqələri olan bərk cismlərdə müəyyən olublar. Maye fazasında isə (müxtəlif molekulların arasında olan əlaqələr zəifdirlər) müxtəlif xarici təsirlər onların strukturlarını bir-birinə nisbətən dəyişdirə bilərlər.

Belə olduğu halda onlar enerji cəhətindən ən sərfəli deyil, nisbətən sabit kombinasiyalarda yerləşirlər. Belə molekullar qrupu klasterlər adlanır. Su molekullarının klasterlərdə qarşılıqlı vəziyyəti onun əmələ gəlməsinə səbəb olan xarici təsir haqqında məlumatı saxlayır. Müxtəlif strukturlu klasterlər yerli enerji faydasının dərinliyindən asılı olaraq uzun müddətli saxlana bilərlər və yaxud dağıla bilərlər. Əgər təsir klasterin içində olan əlaqələrdən güclü olarsa, köhnə klaster dağılır və yenisi əmələ gəlir.

Suyun yaddaşı müxtəlif qarşılıqlı vəziyyətdə müəyyən olunmuş molekullar qrupunda yerləşir. Həmin klasterlərin ölçüləri təxminən metrin milyardda bir hissəsidir.

Onların strukturlarını bugünkü gündə nano üsullar ilə öyrənmək mümkündür. Fizika baxımından məlumatların dipol molekullarının qrupları ilə yazılışı yenilik deyil.

Maqnitofonları və kompüterin sərt disklərini yada salın. Onlarda maqnit başlıq ona verilən məlumata müvafiq elektrik deyil, maqnit dipolları nazik maqnit lentdə yerləşdirirdi. Bu yazını da bu cür başlıq vasitəsi ilə oxumaq mümkün olurdu. Nanotexnologiyalar başlıqların ölçülərini azaltmağa imkan yaratdılar. Və başlıqlar nisbətən kiçik maqnit dipol qruplarına təsir etməyə başladılar. Bu isə öz növbəsində yazıların sıxlığının və yadda saxlayan cihazların həcminin artmasına səbəb oldu. 2007-ci ildə fiziklər Alber Fer və Peter Hrünberq bu cür nano başlıqların yaranmasına səbəb olan icadlara görə Nobel mükafatı ilə təltif olmuşdular.

Su isə yastı maqnit lentlərindən fərqli olaraq böyük həcmli struktura sahibdir. Və daha çox məlumat saxlaya bilər və bilir də.

Bugünkü gündə alimlər nanotexnologiyalar vasitəsi ilə suyun yaddaşının öyrənilməsində ilk addımları atırlar. Tamamilə yeni bir elmi sahə açılır.


Tarix: 27.11.2014 / 12:37 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Ümumi Psixologiya