beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz quruluşu ilə insan psixologiyası arasındakı əlaqə

Uzun illər insanlar, xüsusilə də, çinlilər bədən quruluşu ilə insan psixologiyası arasındakı əlaqəni araşdırmağa çalışıblar. Nəticədə, onlar üz oxuma sənəti olan “fizionomiya” nı yaradıblar. Burada alın, burun, çənə, qaş, göz və dodaqlar əsas alınaraq müəyyən nəticələr çıxarılır.

Alın — insanın düşüncələri haqqında məlumatı verir.

Böyük alın güclü xəyal gücü və intellektuallığı göstərir. Dar alın isə insanın diqqətli, zamana önəm verən, riyazi qabiliyyətinin yüksək olduğuna işarə edir.

Gözlər - həyata baxışı və həyata davamlılığı göstərir.

Gözlər çuxur şəklində olan insanlar ciddi və sirli, gözləri bir-birinə yaxın olan insanlar səliqəli, qərarlı və detallara varmağı sevən, böyük gözləri olanlar açıq sözlü, nəzakətli və sözünə güvənilən, kiçik gözlərin sahibi isə asanlıqla diqqətini cəmləyən və özünə qapanıq olurlar.

Gözləri aşağı doğru meyilli olanlar həyata nikbin baxmağı bir o qədər də xoşlamırlar, qabarıq şəkilli gözləri olan insanlar isə həyata qarşı daha həvəsli və tez inciyən olurlar.

Burun - Bu bədən üzvü iş həyatını və pula baxışın rəmzi hesab edilir.

Geniş burun özünə güvəni və sosial münasibətləri, dar burun nəzarət etməyi və zəmanət verməyi, böyük burun ideallığı və lider olmaq istəyini, yuvarlaq burun isə pul qazanmaq sahəsində uğuru və qənaətcilliyi göstərir.

Dodaqlar - Düşüncələri ifadə etməyi və cinsi münasibətlərin simvoludur.

Geniş və aşağı meyilli dodaqlar sahibinin comərd, şəxsi həyatına rəng qatmağı sevən, nazik dodaqlar az lakin dəyərli danışmağı sevən, mühafizəkar, böyük alt dodaq isə sahibinin tənbəl olduğunu göstərir.

Çənə - Özünü müdafiə səviyyəsini müəyyənləşdirir.

Geniş çənə qəddarlığı, enerjili olmağı, sivri çənə tez hirslənən xarakteri nümayiş etdirir. İkiyə ayrılmış çənə qərarsızlığın, yuvarlaq çənə tələskənliyin, irəliyə doğru çıxan çənə isə tərsliyin simvoludur.

Qaşlar — Həyatla bağlı önəmli qərarların necə verildiyi haqqında məlumat verir.

Aşağı doğru əyilən qaşlar münasibətə ciddi yanaşmağın, yuxarı olan qaşlar sahibinin inadkar və asan hirslənməyən, uzun qaşlar güclü və mübariz, nazik qaşlar iddialardan tez əl çəkməyən, yumşaq xasiyyətliliyin, birləşmiş qaşlar macəranı sevməyin, düz qaşlar isə xoş niyyətli olmağın rəmzidir.

Qulaqlar — İnsanın ətraf mühitin təsiri altına nə dərəcədə tez düşdüyünü göstərir.

Böyük qulaqlar musiqi qabiliyyətini, normal ölçülü qulaqlar ciddiyyəti, başa yapışmış formada olan qulaqlar qaydalara bağlılığı, böyük və şəlpə qulaqlar isə sahibinin çox danışmağı sevdiyini göstərir.

Üz şəkli -İnsanın zehni səviyyəsini və həssaslığını müəyyən etməyə kömək edir.

Çox uzun üzə sahib insanlar kinli, paxıl olurlar, kök üz sahibinin maddiyyata önəm verdiyini, əyləncəni, rahatlığı sevdiyini göstərir. Üzünün forması sümüklü olan şəxslər işləməyi sevirlər, lakin biraz ürkək olurlar. İncə üz isə sahibinin dərin düşüncəli və diqqətli olduğunun göstəricisidir.


Tarix: 27.11.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Ümumi Psixologiya