beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəzən cəsəd sindromu

Hər keçən gün yeni və dəyişik bir xəstəlik ilə qarşılaşırıq. Bunlardan biri adı qədər maraqlı və nadir görülən cəsəd gedişi sindromu xəstəliyidir. İnsan bədənindən bir orqanın yox olduğunu, ya da kiçildiyini düşünər və buna özünü inandırır. Ruhunda da əksiklik olduğunu düşünən bu insanlar get-gedə öldüklərini düşünər və cəsəd kimi ortalıqda gəzməyə başlayarlar. Çox insan tərəfindən bilinməyən və eşidilən zaman insanı heyrətləndirən xəstəlik tamamilə insanın psixologiyası ilə əlaqəli olub depressiya, ya da şizofreniya kimi növlərin daha irəliləmiş forması olaraq bilinir. Xəstə üstündə böcək, ya da soxulcan gəzdiyini düşünər, hətta çürüdüyünü və cəsəd kimi iyləndiyinə inanar.

Mütəxəssislər tərəfindən Nevropsixiatrik pozğunluq olaraq bilinən bu xəstəliyin müalicəsi çətin və çox uzun müddət müşahidə altında tutulması lazım olan bir hadisədir. İnsanlar bu həyatdan qopduğunu, yəni öldüyünü düşünüb ətrafındakı insanları buna inandırmaq üçün səy sərf edərlər. Razı edə bilmədikləri təqdirdə intihara meyilli olarlar.

2008-ci ildə Filippində yaşayan 53 yaşında bir qadında bu xəstəliyə rast gəlinmişdir. 53 yaşındakı qadın ətrafdakılara öldüyünü və meyitxanaya getmək istədiyini davamlı olaraq söyləmiş və aparılan araşdırmalar nəticəsində bu sindroma tutulduğu ortaya çıxardılmışdır.

Bu xəstəlik çox vaxt intihar ilə nəticələnmişdir. Gəzən cəsəd sindromunun əlamətləri çox açıqdır. Adam hər şeyini itirdiyinə inanar, həyatdan bir istəyi qalmaz, duyğularının, orqanlarının kiçildiyini düşünər, hətta qanının qalmadığına inanaraq,tamamilə həyat funksiyalarını itirər.

Daha çox qadınlarda rastlanan bu sindrom hər hansı bir orqanın yol açdığı bir narahatlıqdan da qaynaqlandığı düşünülür. Yaşlılıqda özünü müəyyən edən hadisə-ölüm qorxusu yaşayan insanlarda daha çox rastlanır. Müalicəsi dərman, ya da beynə verilən elektrik şok mexanizmi ilə olur. Lakin irəliləmiş hadisələrdə hər hansı bir müalicə üsulu yoxdur. Ağır vəziyyətdə müşahidə altına saxlanılmalıdır.


Tarix: 27.11.2014 / 13:07 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Ümumi Psixologiya