beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhvlərinizi qəbul etmək

Bu məqalənin mövzusu bizi irəli addımlamağa imkan verməyən və fərdi inkşafın ən böyük maneəsi- “mən həmişə düzəm” ifadəsi haqdadır.“

...yenə də mən düzəm” bir çox konfliktlərin, əsəb pozğunluqlarının və buna bənzər bir çox negativ halların səbəbidir. Bir insan belə bir fikir söyləmişdi: “Həqiqət mübahisə zamanı tapılır” mən bu fikirlə tam razı ola bilmərəm, çünki mübahisə zamanı iki tərəfin yalnız öz mövqeyini hər cür yolarla sübut etməsi nəticəsində heç bir həqiqət ortaya çıxmır. Amma əgər hər iki tərəf həqiqət axtarışında olsalar və bir-birini dinləyərək ortaq məxrəcə gələ bilsələr, onlar istədiyi nəticəyə əldə edə bilərlər.

Bir çox insanlar mübahisə etdiyi zaman öz mövqeyini səhv olduğunu anlamağına baxmayaraq, “mən məğlub ola bilmərəm” düşüncəsi ilə yenə öz mövqeyinin düzgün olduğunu yeritmək istəyirlər.

Bu prinsiplə yaşayan insanlar sadəcə bir şey anlamalıdırlar: səhvi qəbul etdiyiniz zaman siz zəifliyinizi göstərmirsiniz, tam tərsi, siz daxili gücünüzü və müdrikliyinizi nümayiş edirsiniz. O qədər də önəmli deyil, sən səhvsən yoxsa düz, əsas odur ki, sən düzgün yolu tapdın.Səhv olduğunuzu nə vaxt qəbul etməlisiniz? ( ya da ən az öz mövqeyinizi sübut etməkdən vaz geçməlisiniz)

1. Əgər sizin səhv olduğunuza dair faktlar gətirirlərsə
Bu halda inadçılıq edib özünüzü gülünc vəziyətə qoymayın.

2. Opponenti razı sala bilməyəcəyinizi gördüyünüz halda
Bu vaxt itkisinə və əsəb pozğunluqlarına səbəb ola bilər. Düşünün, aldanmağı tərcih edənə dəyərli vaxtınızı və sağlamlığınızı xərcləməyə dəyərmi?

Əgər siz bu 2 qaydaya əməl etsəniz, sizin həyatınız daha sakit olacaq. Başqalarına həyatlarını istədikləri kimi yaşamağa icazə versəniz, siz də həyatınızı istədiyiniz şəkildə qurmağa şərait yaratmış olacaqsınız və bu halda heç kəsə “mən düzəm” sübut etməyə ehtiyac olmayacaq.Sizin həyatınız – sizin qaydalarınız. Ama unutmayın ki, başqalarının da buna haqqı var. Siz öz DÜZGÜN mövqeyinizi yeritmək istədiyiniz zaman ətrafdakılar sizdən uzaqlaşacaqlar və bu da sizi öz səhvlərinizi görməməyə sövq edir.


Tarix: 27.11.2014 / 13:14 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Ümumi Psixologiya