Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İntiharın göstəriciləri

İntihar baş verəndə intihar edənin ailəsi və ətrafı şok keçirir və həmişə “ heç ağlıma gəlməzdi, o qədər xoşbəxt görünürdü ki,..” kimi sözlər deyirlər. Ümumiyyətlə hər hansı bir adamın intihar edəcəyini hiss etmək, bilmək çox çətindir, amma onun davranışlarındakı dəyişiklikləri yaxından müşahidə etsək və intihar göstəricilərini bilsək o zaman bunu bilərik; intihar edəni daim izləmək, ən kiçik bir dəyişiklikdə intihar edə biləcəyini fikirləşərək psixoloqla, psixoterapevtlə görüşmək əsas şərtdir.

İntiharın aşağıdakı göstəriciləri qeyd olunub. Unutmayaq ki, insanlar fərqli olduğundan tək bir “intihar tipi adam” yoxdur.

1. Özünə qapanma — Həmin adam heç kimlə münasibət qurmaq istəmir və tək qalmaq üçün əlindən gələni edir. Tamamilə daxilə, içə qapanır. İşdə problemlər, işə gəlmək istəməməsi, məktəbdə aşağı qiymət alması şagirdin məktəbdən qaçma istəyini artırır. Ümumiyyətlə belə adam özünün zövq aldığı işlərlə belə məşğul olmaq istəmir. Bu da həmin adamın ruh halında pozuntunun olmasına işarədir.

2. Bədbinlik — Hamı aradabir özünü yaxşı və pis, xoşbəxt və bədbəxt hiss edə bilər. Amma bir gün həddən artıq xoşbəxt görünür, sabahı gün dərin bir bədbinlik hissi yaşayırsa və ruh vəziyyəti bu qədər tez bir zamanda dəyişirsə bu siqnal işarəsidir. Çox bədbin və neqativ bir davranışdan sonra coşğulu, enejili və pozitiv olması intihar göstəricisi ola bilər. Ola bilər ki, həmin adam intihar etməyə qərar verib və öz durumunu belə həll etdiyi üçün çox sevinir.

3. Həyatdakı travma keçidləri — Qocalmış bir adamda həyat yoldaşından ayrılmaq və ya bir yaxınının ölümü intihar etməsi üçün səbəb yarada bilər. İşini itirmə və ya maliyyə problemlərini həll edə bilməyəcəm düşüncəsi də intihara yönəldici bir vəziyyət ola bilər.

4. Şəxsi dəyişiklik — Hər zaman çox sakit duran bir adam qəflətən ictimaiyyətdə, cəmiyyətdə ən canlı bir tip halına gəlməsi və ya əksinə olması şübhələnməyə əsas verir.Bəzən də görünüşə verilən fikir və ya eneji vəziyyəti dəyişir.

5. Hədə-qorxu gəlmək — Həmin şəxs açıq-açıq intihar etmək istədiyini və “kaş mən heç doğulmayaydım”,”mən olmasam hamınız rahat olarsınız” kimi sözlər deyirlər.

6. Hədiyyə vermək — Bu zaman isə həmin adam ən çox sevdiyi, heç kimlə bölüşmək istəmədiyi əşyalarını öz dostlarına və yaxınlarına hədiyyə edir.

7. Qocalıq — adam fiziki olaraq çox bitkin görünür və nə insanlar olan yerdə, nə də işdə görünür.

8. Qorxmaz — Yəni, həmin adam qəsdən təhlükəli vəziyyətlərə təşəbbüs edir.məs: çox sürətlə maşın sürür və ya sağlığına zərər verən cinsi münasibətlərə girir və.s

İntihara meyillilik yaşlılarda, həyat yoldaşını itirən adamlarda, alkoqoliklərdə, narkotik istifadəçilərində (istədiklərini tapa bilməyəndə), keçmişdə intihara təşəbbüs etmiş adamlarda və ailəsində bu cür situasiyalarla rastlaşanlarda olduqca yüksəkdir.

Burada incə bir məqama toxunmaq istərdim. Ola bilər ki, bu göstəricilər bir adamın xarakter əlamətləri olsun, özünə qapanır, pessimistdir və ya hədiyyə verməyi xoşlayır və.s bu o demək deyil ki, həmin adam intihar etməyə hazırlaşır.O zaman şübhələnmək olar ki, həmin adam həmişəki vəziyyətindən tamamilə fərqlidir və özünü olduğundan qəribə aparır. Ümumiyyətlə intihar əksəriyyət vaxt dərin depressiyadan və ya ağır bir zərbədən sonra baş verir.

Gənclik dönəmi intiharı — Bu hissəni xüsusilə qeyd etmək istəyirəm. Çünki baş verən intihar hadisələri daha çox bu dövrə təsadüf edir.

XX-ci əsrdə insanlarda yaş artdıqca intiharlar da artdığı, orta yaşlarda isə eyni səviyyədə qaldığı halda 1960-cı illərdən sonra vəziyyət dəyişməyə başladı. İndi 15-24 yaş qruplarında intiharlar daha çox baş verir. Son 20 ildə bu qrupdakı intiharlar üç qat artır və hələ də artmaqda davam edir. Bunun səbəbləri bir az müxtəlifdir. İntihara səbəb olan faktorlardan biri ailə təməlimizin kökdən dəyişdiyi bir cəmiyyətdə yaşaması və gənclərin ayrılma və “mənlik” kimi duyğusal mövzulardan baş açdığı bir vəziyyətdə daha böyük güclüklərlə qarşılaşmasıdır.

Ayrıca ailələrinin onları istəmədiyinə inana bilərlər və ya məktəbdə problemləri ola bilər, bu da uğursuzluqla nəticələnə bilər. Hələ bu yaşlarda hamiləlik və hüquqi bir məsələ ilə də qarşılaşmaları onları daha da sıxa bilər. İntihar edən gənclər çəkilməz gördükləri həyatdan qurtulmaq üçün kömək axtarırlar və ya laqeyd, haqsız olduqları ailələrini cəzalandırmaq istəyə bilərlər. İntihar etmək istəyən gənclər acı və uğursuzluq duyğusuyla necə baş açacağını bilmir. Ailədən birini itirmək, boşanma və valideynlərindən birinin ölümü gənclərdə intihara yol aça bilər. Qəsdən qəza etməklə də baş verən intiharlar olur. Çoxlu zərərli həblərdən istifadə etmək və ya yalnış seks fəaliyyətləri də intihara səbəb ola bilər. Əgər bir gənc sizi intiharla hədələyirsə onu ciddi qəbul edin. Qayğı ilə bu vəziyyətdən necə çıxa biləcəyiniz haqda düşünün, psixoterapeftə, psixoloqa müraciət edin. Bu intihara meyilli olan gənclərə yararlı olacaq.


Tarix: 27.11.2014 / 13:07 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Ümumi Psixologiya
loading...