beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xroniki yuxusuzluq və gənclər

2008-ci ilin iyul ayında Teksas Universitetinin Elm Mərkəzi “Gənclərin Sağlamlığı Jurnalı”-da nəşr olunan araşdırmaya əsasən, şəxsi problemləri olan gənclər arasında xroniki yuxusuzluq 2-5 dəfə daha çoxdur.

Hyustonda 11-17 yaş arası 3134 gənc arasında aparılan müsahibələr göstərdi ki, onların 25 faizində yuxusuzluğun bir və ya daha çox əlaməti mövcuddur və onların təxminən yarısının uzun müddətdir ki, problemləri var.

Baş tədqiqatçı Robert E. Robertz məsələni belə izah etdi:
“Yuxusuzluq yeniyetmələr arasında həm çox ümumi, həm də xroniki bir hal almışdır. Araşdırma göstərir ki, yuxusuzluğun əlamətləri digər psixiatrik xəstəliklərin əlamətləri ilə müqayisəolunandır. Xroniki yuxusuzluq gələcək sağlamlığa və yeniyetmələrin fəaliyyətinə kəskin surətdə təsir göstərir.”

Yeniyetmələr arasında aparılan 12 aylıq tədqiqatın nəticəsi olaraq fərdi sağlamlığın 14 aspektini nəzərdən keçirməklə xroniki insomniadan əziyyət çəkən gənclərin depressiya, həmçinin təhsillə bağlı problemləri olduğu müəyyən olunmuşdur.

Robert E. Robertz bildirir ki, ilkin müayinə zamanı yuxusuzluğun bir və ya daha çox əlamətinə sahib olan gənclərin bir il sonra da həmin problemdən əziyyət çəkdiyi müşahidə olunmuşdur. Onların 24 faizində özünü göstərən əlamətlər Amerika Psixiatriya Assosiasiyasının yuxusuzluğa dair müəyyən etdiyi əlamətlərlə uyğunluq təşkil edir.

Tədqiqat ilkin müayinə zamanı yeniyetmələrin 27 faizində yuxusuzluğun bir əlaməti olduğu halda, 7 faizinin bütün gün yuxulu və yorğun halda olduğunu göstərir.


Tarix: 27.11.2014 / 12:50 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Ümumi Psixologiya