Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı və gözəl analar belə edir

Uşaqlar həyatımızın ən böyük sevinci olmaqla bərabər, narahatlığımızın, qorxularımızın da ən böyük səbəbidir. Ona görədə onlara qarşı diqqətli olmalı, qayğı göstərməli, ən başlıcası sevməliyik və sevgimizi hər zaman göstərməliyik. Çünki onlar göstərmədiyimiz hissləri anlaya bilmirlər. Uşaqlarınızı hər zaman sevin, öpün, oxşayın. Bu onlara özünə güvən duyğusunu aşılayır.
Bəzən uşaqlar səbəbsiz inadlaşır. Uşağın inadlaşarkən göstərdiyi hərəkətlər də hər yaşa görə fərqli olur.
1 yaşında uşaq yeriməyə başlayır, yerimək, bədəninə sahib ola bilmək onu sevindirir. Artıq böyüklərə bağlı deyil. Yeni təcrübələr qazanmağa başlayır. Amma, hər təcrübənin də riski var. Uşaqlar bunu anlamır. Onların əvəzinə bu hissi valideyn yaşayır. Beləliklə, uşağa qarşı fərqli davranışlar sərgilənir. Bu da körpənin onsuzda qarışıq olan beynini daha da qarışdırır. Əsasən təməl alışqanlıqlara qarşı etirazlar edirlər. Məsələn yeməyə, yatmağa. Bu zaman uşağın hisslərini anlamağa çalışın. Etirazın səbəbi sadəcə inadlaşma deyil, dəyişən ehtiyac da ola bilər. Uşaq inadlaşarsa, ona istədiyinin niyə olmayacağını qısa və kəskin cümlələrlə anlatmağa çalışın. Səbəbini izah etmədən etiraz etməyin, "olmaz” deməyin. Səs tonunuz alçaq və qərarlı olsun. Uşağınızın köməyə ehtiyacı var, tək köməkçisi, öyrədicisi sizsiniz.
2-3 yaş dövrüdaha çətindir. Uşaq özünü mərkəzə qoyur və hər şeyin onun istədiyi kimi olmasını istəyir. İsrar etməyin, təcrübələrinə şərait yaradın və eyni zamanda diqqətli olun. İstədiyində kömək edin. Ən xırda nailiyyətində onu alqışlayın, tərifləyin. Bu şəkildə uşağın özünəgüvən duyğusunu qazanmağına yardımçı olarsınız. Əgər uşaq yemək və ya yatmaq vaxtı inadlaşıbsa, gün ərzində yaşadıqlarına diqqət edin. Çünki başqa hər şeyə etirazını yeməməklə, yatmamaqla göstərə bilər. Uşağınıza seçmək şansı verin. Məsələn paltarını dəyişdirmək istədiyinizdə bir deyil, iki, üç paltar seçin və onların içindən birini onun seçməsinə imkan yaradın.
4 yaş dövrüuşağın sosial sərhədləri qavradığı, birlikdə yaşamağın qanunlarını öyrəndiyi dövrdür. Bu dövrdə qazanılmış vərdişlər geri dönə bilər. Məsələn, altını islatma kimi. Bu zaman uşağın bilərək etdiyini düşünmək, cəza vermək, danlamaq münasibətləri pozan davranışlardır. Uşağın yaşadıqlarını gözdən keçirmək və bunun səbəbini aydınlaşdırmaq lazımdır.
Gecə terroru və ya yuxu terroru bu yaşda daha da sıx görülür. Yuxuya getdikdən bir müddət sonra başlayan, uşaq şiddətli ağlayaraq yuxudan oyanır. Yatağında oturur və ya ayağa durur, paltarını dartmaq, yatağını dağıtmaq kimi məqsədsiz hərəkətlər edir, anlaşılmayacaq şəkildə danışır. Bu zaman uşağa toxunmaq olmaz. Sakit gözləmək lazımdır. Tibbi baxımdan təhlükəli hal deyil. Terror bitdikdən sonra uşaq yuxuya gedir. Gecə terrorunun səbəbi gün ərzində yaşadığı narahatlıq və qorxular ola bilər. Bizim diqqətimizi çəkməyən hadisələr uşağa ruhsal təsir edir. Ona görə böyüklərin onu qorxudacaq davranışların olmamasına, yaşına uyğun olmayan, qorxa biləcəyi televiziya proqramı izləməməyinə diqqət edin. Gecə terrorunun yuxuya getdikdən nə qədər sonra başladığını dəqiqləşdirin, terrordan öncə uşağı oyadıb, qarşısını ala bilərsiniz
Uşağınıza səbəbini izah edərək "yox” deməyi, sərhəd qoymağı bacarmalısınız. Hər dediyini etsəniz uşaq bunu hamıdan gözləyəcəkdir. Hər iki valideyn eyni davranmalıdır. Uşaq yanlış davranarkən onu başa salın, gərəkdiyi vaxt yanlış davranışının nəticəsini yaşamasına izn verin. Məsələn, uşağınız oyuncaqlarını yığışdırmırsa, otaqda hərəkət etməyinə yer qalmayacağını, oyuncaqlarına ilişib yıxılacağını deyin. İcazə verin yığışdırmamağın nəticəsini yaşasın. Bu zaman yığışdırmaq istəyəcəkdir.
Uşaqlara zamanında sərhəd qoymalı, səbəbini açıqlamayaraq "yox” deməli, gərəkdiyində yanlış davranışının nəticəsini yaşatmalısınız. Uşağın səhvini düzəltməsinə imkan verir. Davranışının düzgün olmadığını, sizi incitdiyini və bunlara rəğmən onu sevdiyinizi söyləyin. Unutmayın, sevginiz ən böyük yardımçınızdır.
6 yaşa qədər uşaqlar hansı davranışının yaxşı, hansının pis olduğunu qavraya bilmir. Ona görə davranışlarına sizin verdiyiniz reaksiya önəmlidir. Çünki onlar buna əsasən qərar verir. Əgər uşağınız pis davranır, sizi vurur, qışqırırsa, ona bunun sizi incitdiyini, xoşunuza gəlmədiyini, bunu daha etməsini istəmədiyinizi söyləyin. Uşaq yenə də bir neçə dəfə bu hərəkətləri təkrarlaya bilər. Hər dəfə eyni reaksiyayla qarşılaşarsa, bu cür davranışlardan əl çəkər.


Tarix: 06.01.2015 / 12:30 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Uşaqlara tərbiyyə
loading...