Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TV uşaqların ictimai inkişafına təsir etmir.

İngilislər tərəfindən edilən yeni bir araşdırmaya görə, kiçik yaşda hər gün televiziya izləmənin uşaqların sosial inkişaflarına sanıldığı qədər mənfi təsirlənmədiyini ortaya qoydu.
Sağlamlıq Araşdırmaları Şurasının 5 yaşındakı 11 mindən çox uşaq üzərində etdiyi araşdırmada, pis davranışları televiziya izləməklə əlaqələndirməyin doğru olmadığını ortaya cıxardı. Archives of Diseases in Childhood jurnalında nümayiş olunan araşdırmada, bu iki ünsür arasında kiçik bir əlaqə olduğu ifadə də valideynlik tərzləri kimi digər ünsürlərin bu mövzuda daha çox rolu ola biləcəyi ifadə edildi.
İZLƏMƏ SAATLARI MƏHDUDLAŞDIRILMALI'
Araşdırmaçılar yenə də uşaqların televiziya izləmə saatlarının məhdudlaşdırılması lazım olduğunu düşünür və şiddət olmayan, təlimatçı, örgədici proqramların gündə 2 saatdan çox izlənilməməsini təklif edirlər. Uşaqların, hər gün televiziya qarşısında vaxt keçirməsi, Dərslərini etmək, yoldaşlarıyla oynamaq kimi digər bir çox vəzifələrini yerinə yetirməkdən İmtina etmələrinə səbəb olur.. Mütəxəssislər, uşaqların kiçik yaşda televiziya izləməsinin 7 yaşına gəldiklərində diqqət problemlərinə yol aça biləcəyi xəbərdarlığını verərkən araşdırmaların nəticəsinə görə 5 yaşında gündə 3 saatdan çox televiziya izləyən bir uşaq 7 yaşına gəldiyində az da olsa ictimai və davranış problemləriylə üzləşə bilər.


Tarix: 06.01.2015 / 12:33 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Uşaqlara tərbiyyə
loading...