Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hidrosefal

Hidrosefal (ing. Hydrocephalus) - Beyinə su yığılması nəticəsində başın genişlənməsi ilə müşahidə olunan xəstəlik.
Xəstəlik tarixi

Hidrosefal xəstəliyi haqqında ilkin məlumatlar eradan əvvəl 2500-cü ildən eramızın 500-cü ilinə qədər olan dövrdə verilmişdir. Hidrosefal diyaqnozu ilk dəfə Hipokrat tərəfindən qoyulmuşdur. II əsrdə yaşamış Roma alimi Qalen Hidrosfel xəstəliyi haqqında ilk dəfə ətraflı məlumat vermişdir. Tanınmış Ərəb alimi Əbu əl Qasım əl Zəhravi tərəfindən X əsrdə yazılmış Əl-Təsarif əsərində Hidrosefal xəstəliyinə tutulmuş, uşaqların müalicə üsullarını yazmışdır. Əl Zəhravi xəstəliyin yaranma səbəbi kimi uşağın beynində yaranan təziqi göstərmişdir. Kitabda bu barədə olan bölmündə deyilir:
" Yeni doğulan körpənin, cətin doğulması nəticəsində beyninə su yığılması baş verə bilər. Belə olan halda, uşağın başının həcmi günü-gündən böyüməyə başlayır. Başın böyümə səbəbi, qan dövranında hərəkət edən suyun beyində cəmləşməsidir. Belə xəstələrdə beyin sümükləri bir-birindən aralı olur. Hidrosefalı xəstəni mualicə etmək ücün, peşəkar həkim tərəfindən xəstənin başında üç ayrı yerdə dəlik açılmalıdır. Bununla beyinə toplanmış suyun çıxması təmin edilir. Sonrakı mərhələdə yara qapanmalı və bərk-bərk sarılmalıdır. "

XX əsrə qədər, xəstəlik barədə insanların məlumatı az idi. Həmin dövrdə insanlar beyin haqqında ətraflı məlumata malik deyildilər və bu səbəbdən hidrosefalı xəstələrin mualicəsidə, mümkün deyildi. Bu gündə hindrosefal xəstəliyinin tam müalicəsi tapılmamışdır. Erkən yaşlarda müxadilə etməklə başlanan müalicə nəticəsində xəstəliyin genişlənməsinin qarşısı alınır.


Tarix: 10.07.2015 / 18:37 Müəllif: Feriska Baxılıb: 203 Bölmə: Tibb
loading...