Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süni qan dövranı aparatı

Süni qan dövranı aparatı (SQDA) və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır.
Süni qan dövranı aparatı əsasən Ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından - ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir.

Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir:

"Süni ürək" hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir;
"Süni ağciyər" hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşağı boş vena və yuxarı boş venadan alınan qanın oksigenləşməsi və əksinə karbon qazından təmizlənməsi) getdiyi membranlı oksigenator daxildir.
Tarixcə

Süni qan dövranının tətbiqi 1916 cı ildə Jay McLean tərəfindən əldə edilmiş Heparin preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934 cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944 cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur. Experimentdə 1937 ci ildə amerikalı Con Gibbon ing. John Gibbon ekstrakorporal qan dövranını ugurla sınaqdan keçirmiş olur. Lakin aparat tibbdə ilk tətbiqini 6 may 1953 cü ildə tapmış olur. Con Gibbon bu aparatın köməyi ilə qulaqcıqlararası çəpərin qüsuru olan 18 yaşlı qadın xəstəsində əməliyyatı 45 dəqiqəlik süni qan dövranı şəraitində icra etmiş olur. O zaman ki oksigenator indiki produktivliyə malik olmadığı üçün, orqanizm toxumalarının oksigenə olan təlabatını azaltmaq məqsədilə 1954 cü ildə qanın soyudulması - hipotermiya tətbiq edilməyə başlanılmışdır. 1955 ci ildə oksigenator təkmilləşdirilərək onun oksigenləşdirmə qabiliyyətini artırmaq və qaz emboliyalarının qarşısını almaq mümkün olmuşdur. 1956 cı ildə günümüzdə tətbiq edilən membranoksigenatoru əldə edilmiş olur.
Nəzarət/Qeydiyyat

Klinik nöqteyi nəzərdən vacib parametrlər: Pasient göstəriciləri:

EKQ
Qan təzyiqi
MVT
Bədən temperaturu rektal/ezofoqal
Sidiyin miqdarı
Müxtəlif laborator göstəricilər

Süni qan dövranı aparatı:

Oksigenator
Baş nasos = arterial axın
Sovurucu
Kardioplegiya sistemi
Kardiotomi rezervuar
Qan filtri
Arterial/venoz oksigenlə doyma
Hemoqlobin, Hematokrit, pH-göstərici, Temperatur
Low-Level-Detektor Kardiotomi rezervuarda qanın səviyyəsinə nəzarət
Air-Bubble-Detektor Qana daxil ola biləcək hava qabarcıqlarının qaşısının alınması.
Diverse System-Drücke
Arterial/venoz qanın temperaturu
Borular və birləşmə muftaları


Tarix: 10.07.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Tibb
loading...