Süni ürək (İmplantat ürək) sağalması mümkün olmayan ürək xəstələrinin bədəninə müvafiq orqanın funksiyasını əvəz etmək üçün köçürülən aqreqat ya implantat. Adətən donor ürək əldə edilənə qədər, ölümə məhkum ürək xəstələrini həyata bağlayan bir "ümid" körpüsü.
JARVIK-7, süni ürək modeli
Tədqiqat proyekti süni ürək, Vilhelm-Pik-Universiteti, Rostok
Süni ürək Ürək-ağciyər aparatından istifadə müddətinin uzunluğu ilə fərqlənir. Belə ki, süni qan dövranı ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan əməliyyat zamanı məhddud bir müddətə ürək və ağciyərlərin funksiyasını əvəz edir. İmplantat ürəkrək isə uzun müddətə nəzərdə tutulur. Müasir süni ürəklər insana 10-15 il müddətinə qulluq edə bilirlər.
Sistem
Süni ürək modellərindən bəziləri bədəndən xaric edilmiş urəyin yerinə köçürülərək onun funksiyasını tam şəkildə üzərinə götürmüş olur, digər modellər isə insan ürəyinə əlavə köməkçi kimi köçürülərək onun funksiyasını qismən (xüsusən ürəyin sol şöbəsinin işini) öz üzərinə götürmüş olurlar. Bu aqreqatlar ing. Left Ventricle Assistent Devices - LVAD adlanırlar. Hər iki halda implantat döş qəfəsi yarılaraq (lat. mediane sternotomie), köçürülür. ing. Left Ventricle Assistent Devices - LVADin götürücü borusu ürəyin zirvəsindən sol mədəciyə, ötürücü borusu isə qalxan aortaya (lat. Aorta ascendens) tikilir. ing. Left Ventricle Assistent Devices - LVAD implantasiya olunmuş bəzi xəstələrdə əldən düşmüş miokard öz qüvvəsini bərpa etmiş olur ki, onlara təzədən ürək köçürülməsinə belə ehtiyac qalmır.
Buna baxmayaraq hələ də təbabət ideal və mükənməl süni ürək sorağında olaraq qalmaqdadır. Aqreqatın özünün və enerji mənbəyinin uzunömürlülüyünü daha təminatlı etmək, orqanizmin maddələr mübadiləsi zamanı hasil etdiyi bio enerjisini onun enerji təlabatına yönəldilməsi hələdə həllini tapmamış, aktual problem olaraq qalmaqdadır. Tatsächlich sind bei der Konstruktion eines geeigneten Implantates zahlreiche Schwierigkeiten zu überwinden. Unter anderem muss
Tarixcə
İlk dəfə 2 dekabr 1982 ci ildə Robert Yarvikə mənsub alm. Jarvik-7 modelli süni ürək Uat universitet klinikasında təqaudçu diş həkimi Barney Klark (21 yanvar 1921 - 23 mart 1983) üzərində ürək cərrahı Uilyam De Vries tərəfindən aparılan yeddi saatlıq əməliyyat zamanı köçürülmüşdür. Xəstə əməliyyatdan sonra 112 gün yaşadıqdan sonra çoxsaylı trombozlardan vəfat etmişdir.
Növbəti uğurlu süni ürək köçürülməsi 13 sentyabr 2001 ci ildə ABŞın Kentaki ştatında Luisvill Ceuiş xəstəxanasında 71 yaşlı xəstədə, cərrahlar Leyman Qrey və Robert Doulinq tərəfindən icra edilmişdir. Əməliyyatdan sonra xəstə 17 ay yaşaya bilmişdir.
Tarix: 10.07.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 129 Bölmə: Tibb