Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmplantat kardioverzion-defibrilyator

İmplantat kardioverzion-defibrilyator (ICD) 1980 ci ildə Mişel Mirovski tərəfindən icad edilmiş, qəfləti ölümə səbəb olan ürək ritm pozğunluqlarında mədəciklər taxikardiyası və fibrilyasiyasını aradan qaldırmaq üçün 10-40 J gücündə elektrik cərəyanı verən elektrokardiostimulyator kimi insan bədəninə implantasiya edilə bilən bir tibbi cihaz. Cihaz özü iki hissədən: diaqnostik və terapevtik hissədən ibarətdir. Diaqnostik hissənin vəzifəsi meydana çıxan potoloji ritm pozğunluğunu aşkar etmək, tanımaq, terapevtik hissə isə tanınıb analiz olunduqdan sonra ritm pozğunluğuna müvafiq 10-40 J gücündə cərəyan ötürməkdən ibarətdir. Bu cihazın köməyi ilə bədxassəli ritm pozğunluğundan əziyyət çəkən insanları qəfləti ölümün pəncəsindən qurtarmaq mümkündür. İmplantat kardioverzion-defibrilyator kiçik cərrahi müdaxilə ilə döş qəfəsi, körpücükaltı nahiyəyə dəri altına implantasiya olunur. Onun ürək daxili naqilləri isə körpücükaltı venadan daxil edilməklə aşağı boş venadan keçməklə ürək daxilinə yeridilərək ürək əzələsinə sancılır. İmplantat kardioverzion-defibrilyatorlu pasientlərin maqnit dalğalarının təsirindən cihazın iş rejimi pozulduğundan nüvə-maqnit rezonans müayinəsi qəti qadağandır.


Tarix: 10.07.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Tibb
loading...