Ürək çatışmazlığı (lat. insufficientia cordis) - ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı.
Əmələgəlmə səbəbləri
Anadangəlmə ürək qüsurları
Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərfələsində hər hansı bir aqressor faktorun (bu dövürdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyillilik (10%), bununda 5%-ni qohum nigahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur. Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar.
Fallo tetradası
Açıq arterial axacaq
Qulaqcıqlararası çəpərin qüsuru
Mədəciklərarası çəpərin qüsuru
Ebşteyn anomaliyası
Qazanılmış ürək qüsurları
Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya yədələnmələr nəzərdə tutulur.
Aorta qapağının daralması
Aorta qapağının çatışmazlığı
İkitaylı qapağın daralması
İkitaylı qapağın çatışmazlığı
Perikardit
Taxikardiya
Arterial hipertenziya
İnfarkt
Kardiogen şok
Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmamazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması - miokard infarktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sil mədəcik çatışmamazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da tənginəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə meşahidə olunur. Nəticə etibarı ilə orqan və toxumaların hipoksiyası və digər metobolizm pozğunluqları meydana çıxmış olur.
Əsas əlamətlər
Yorğunluq, tənginəfəslik
Köpüklü öskürək, qanhayxırma
Akrosianozlar - barmaqların uclarının və dodaqların göyərməsi
Ağciyər ödemi
Aşağı ətrafların ödemi-şişməsi
Perikard və plevra boşluqlarına mayenin toplanması
Assit - qarın boşluğuna mayenin toplanması
Qaraciyərin böyüməsi
Gedişatı
Ürək çatışmazlığı iki cür gedişata malikdir: kəskin və xroniki.
Kəskin ürək çatışmazlığı bir saatdan bir günə qədər inkişaf edir. Buna səbəb isə ürək ritm pozğunluğu: taxikardiya ya da bradikardiyala, travma nəticəsində meydana çıxan urək tamponadası, qəfləti ürək qapaqçıqlarının vətər elementlərindən birinin qırılmas, infeksion miokardit, ağciyər emboliyası, miokard infarktıdır. Kəskin gedişatda meydana çıxan bu pataloji funksional pozğunluğa orqnizm hazır olmadığına görə kompensasiya mərhələsi olmadan dekompensasiya mərhələsi başlamış olur.
Xroniki ürək çatışmazlığı isə bir aydan bir ilə qədər müddətdə inkişaf edərək və uzun sürür. Bu proses ləng və uzun sürdüyü üçün orqanizmin kompensator mexanizmləri ilə: ürək əzələsinin qalınlaşması, qan damarlarının daralması qan həcminin artması ilə xarakterizə olunur. Bu mərhələ kompensasiya olunan ürək çatışmazlığı adlanır. Sonradan orqanizmin rezerv qabiliyyəti tükəndikdən sonra dekompensasiya: ödem, dispnoe - tənginəfəslik mərhələsinə qədəm qoyur. Təginəfəslik əlaməti sakit vəziyyətdə və ya cüzi yükləmə zamanı özünü qabarıq şəkildə göstərir.
Operativ müdaxilələr
Ürəyin nasos funksiyasının kəskin azalması və ürəyin ötürücü sisteminin pozulması belə ki, His dəstəsinin sol ayaqcığının blokadası zamanı biventrikulyar ürək elektrostimulyatorunun implantasiyası;
Spontan və qəflətən baş verən mədəcik taxikardiyalarında Ürəkdaxili kardioversion-defibrilyatorun (ICD) implantasiyası;
Ürək qapaqlarının çatışmazlığında qapaq konstruksiyaları ya süni qapaqla əvəzlənməsi əməliyyatları;
Qlobal çatışmazlıqda “süni ürək”, yaxud sol mədəcik yardımçı sisteminə (LVAD) ya da süni qan dövranı aparatına qoşulma. Bu müdaxilə ürək köçürməsinə qədər (ing. “bridge to transplant”) yada miokarditlərdə ürək əzələsinin öz qüvvəsini bərpa edənə qədər (ing. “bridge to recovery”) müvəqqəti körpü funksiyası daşıyır.
Tarix: 10.07.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 119 Bölmə: Tibb