Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ATLS

ATLS (ing. Advanced Trauma Life Support) “Ağır travmalarda həyata dəstək” — travma nəticəsində zərər çəkmişlərə yardım göstərmək üçün həkimlərə keçirilən təhsil təlim kursları. Proqram amerikan cərrahlıq kolleci tərəfindən tərtib edilmişdir. Orta tibb personalları və paramediklər üçün də analoji kurslar mövcuddur. Kurslar 60-dan çox ölkədə keçirilməkdədir. ABŞ xaricində bu kurslar “Ağır travmalı xəstələrə təcili yardım ” (ing. Early Management of Severe Trauma (EMST)) adlanır. Kursların məqsədi travmalı xəstələrə vahid yanaşma alqoritmini təsis etməkdir. Əvvəlcədən bir həkim və bir tibb personalının iştirakı ilə düşünülmüş şərti fövqaladə vəziyyətin yaradılması 2014 cü ildən tətbiq edilməkdədir. Əsas məqsəd etaplı şəkildə tibbi yardımın göstərilməsi və həyat üçün təhlükəni aşkar etməkdir. Bu alqoritmlərə qısa zaman kəsiyində vaxt itirmədən əməl edilməsi vacib şərtlərdəndir.
Tarixi

ATLS 1976 cı ildə ABŞ-da təşkil edilmişdir. O zaman cərrah-ortoped Ceyms Stayner kiçik bir təyyarəni idarə edərkən Nebraska ştatının çöllərində qəzaya uğrayır. Həyat yoldaşı qəza yerindəcə keçinir. dörd üşağından üçü ciddi zədələr almış olur. Dördüncü uşaq Kris ciyinindən zədələnmiş olur. İlk yardım göstərməyə başlayan Stayner yaxın ilk xəstəxananın bağlı olduğunun, digər xəstəxanada isə ailəsinə qeyri adekvat tibbi yardım edildiyinin (bu kiçik xəstəxananın personalı demək olar ki, bu cür vövqaladə hallara hazırıqlı deyildirlər) şahidi olur. Lunkolna qayıdan Ceyms Styainer bu hadisənin təsiri altında fikirləşir ki, travmalı xəstəyə lazımi yardımı necə təşkil etmək olar? O, travma profilli xəstələrə yardım etmək üçün alqoritm təsis edir və 1978 ci ildən başlayaraq həmkarı doktor Pol Kolikot ilə birlikdə ATLS kurslarını təqdim edir. 1980 ci ildə Amerika cərrahlıq kolleci proqram qəbul edərək ABŞ boyu yaymağa başlayır. Beləliklə ATLS travmalılara yardım məqsədilə həkimlərin təlimatlandırılmasında standarta çevrilmiş olur.
Konseptsiyası

ATLS kurslarının əsas ideyası həyatı təhlükəli zədə və ya travmalarda vəziyyəti düzgün qiymətləndirmə və ən vacib yardımı göstərməkdir — “İlk öldürücü nədirsə onu aradan gıtürmək (müalicə etmək) ”(ing. „treat first what kills first“) Ürək-qandövranı dayandıqda təcili REC[de] təlimatına əsasən reanimasiyaya başlamaq.

Digər hallarda diaqnostik müalicə bir blok şəklində icra edilir. “İbtidai ya ilkin sorğu” (ing. „primary survey“) politravmalarda prioritet qaydada potensial həyata təhlükə törədən əsas halı aşkar etməyə və aradan qaldırmağa imkan verir. Məhz bundan sonra həyat təhlükəsi törədə biləcək ikinci dərəcəli hallar (travmalar, xəstəliklər) ayırd edilərək təhlükə dərəcəsi ardıcıllığı ilə müayinə (rıntgen, CT) və müalicə edilir.
İlkin sorğu: "ABCDE-qaydası ilə"

İlkin sorğu politravmalı xəstələri qiymətləndirmək: diaqnoz qoymaq və müalicəsinə başlamaq üçün əsas vasitələrdəndir. Hadisə yerinə yardım üçün yetişmiş ilk personal üçün ilkin sorğu çox mühümdür. İlk sorğudan əldə olunan hər hansı bir tam və ya natamam məlumat travmalının həyatının xilas edilməsi yolunda əsas bir ipucu ola bilər.
A - Airway (Nəfəsyolu)

Nəfəsyolu azaddırmı?
Yerdəyişmə və ödem (şişkinlik) təhlükəsi?
Tənəffüs mümkündürmü?
Boyun fəqərələrinin zədələnməsi?

→ başın qatlanması
→ Guedel borusu (ağız-udlaq üçün), Vendl borusu (burun-udlaq üçün)
→ Traxeyanın intubasiyası
→ Boyun şinasının (“boyun çəkməsi” — ing. Stiffneck) taxılması
B - Breathing (Tənəffüs)

normal tənəffüs (nəfəs sayı, nəfəs dərinliyi, nəfəs tipi)?
Auskultasiyada hansı tənəffüs küy və xışıltıları eşidilir?
Göyərmə (sianoz) müşahidə olunurmu? Oksigen doyğunluğu?
Dərialtı emfizema, durğunlaşmış və ya şişmiş boyun venaları?

→ Tənəffüsü asanlaşdırıcı vəziyyət
→ Oksigenin verilməsi
→ Traxeyanın intubasiyası, nəzarətli süni tənəffüs
→ Monaldi drinajı
C - Circulation (Qan dövranı)

Dərinin rəngi, -temperaturu və ətraflarda rekapillyarlaşma müddəti necədir?
Nəbzi/qan təzyiqini (şok) təyin etmək mümkündürmü? Şok indeksi neçədir?
Möhkəm xarici qanaxma mövcuddurmu?
Möhkəm daxilii qanaxma (Qarın boşluğu, bud, Hematotoraks (döş qəfəsinə qaın toplanması)) mövcuddurmu?
İri sümüklərin (bud sümüyü, çanaq sümüyü) sınığı mövcuddurmu?
Travmalar üçün sonoqrafik dəyərləndirmə ing. Focused Assessment with Sonography for Trauma (FAST)

→ İri ölçülü venadaxili kateterlə periferik venaların infuziya üçün əldə edilməsi
→ Qan həcminin bərpası
→ Qanaxmanı saxlamaq üçün sıxıcı sarğı
→ Çanağın (daha doğrusu çanaq sümüklərinin xarıcı təzyiqdən daxilə doğuru sıxılaraq sınması nəticəsində) yerdəyişməsini xüsusu alət olan Beckenzwinge[de] vasitəsilə stabilləşdirilməsi.
→ Təcili qarın boşluğunun yarılması
D - Disability (Nevroloji çatışmazlıq)

Göz bəbəklərinin işığa reaksiyası necədir?
Huşu (Qlasqo-Koma şkalası) necədir?
İntoksikasiya — zəhərlənmə əlamətləri varmı?
Maddələr mübadiləsi pozuqluqları əlamətləri varmı?

E - Exposure (Ekspozisiya, ətraf mühit)

Tam soyundurularaq tam bədənin müayinəsi
Qısa anamnezin toplanması

→ Bədən hərarətinin normada saxlanmasını təmin etmək. (hərarəti qoruyan xüsusi ortüklə bədənin örtülməsi)
→ Yaraların aşkarlanması və qulluq edilməsi
→ Sınıqları şinlə mobilizə edərək sığortalamaq
Kursun müddəti

ATLS təliminin keçirilmə müddəti iki gündür. Kurs nəzəri və praktik hissələrdən ibarətdir. Yazılı və şifahi imtahandan sonra ATLS setifikatı təqdim edilir ki, bu da hər beş ildən bir təzələnməlidir.


Tarix: 10.07.2015 / 17:17 Müəllif: Feriska Baxılıb: 317 Bölmə: Tibb
loading...