Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən əzab Verən Ayrılığı...

Mən artıq səninlə davam etmək istəmirəm.Ayrılmaq istiyirəm.Bezdim sənin üzünü görməkdən,səsini eşitməkdən,
səndən bezdim!SƏNİ SEVMİRƏM!!!Heç bir zamanda sevməmişdim.Sadəcə olaraq vaxtımı keçirirdim,sevilməyi sevdiyimçün səninlə birlikdəydim!
Oğlan donub qalmışdı.YOX!bu düz deyildi!Qulaqlarına inanmaq istəmirdi.Axı bu necə ola bilərdi?Canından çox sevdiyi insan bu sözləri ona necə deyə bilərdi?Oğlan nəsə söyləmək istiyirdi ama sanki dili qıfıllanmışdı,nəsə pis yuxu görəndə necəki danışmaq istər,qışqırmaq istərsən ama sanki lalmışsan kimi nə qədər cəhd göstərsəndə,çırpınsanda sözlər ağzından çıxmaz,oğlanda o haldaydı və bu onu dahada hövsələdən çıxarırdı...
Nə oldu,bunu məndən gözləmirdin?Dediklərimin hamısı həqiqətdir!SƏNİ SEVMİRƏM!!!
Qız bu sözləri deyib yavaş-yavaş uzaqlaşırdı...Oğlansa dəqiqələrlə elə o haldaca qalmışdı...Necə dolmuşdu sanki bircə barmağını vursan hönkür-hönkür ağlayıb bütün ürəyindəkilər göz yaşlarıyla damla-damla yanaqlarından axıb gedəcəkdi...Oğlan yavaş-yavaş bir neçə dəqiqə bundan əvvəl olanların bir yuxu olmadığını həqiqətin özü olduğunu anlamağa başlayırdı...Və öz-özünə danışırdı...
Axı niyə?Kimsə mənə nəsə desəydi,özüm nədənsə şübhələnsəydim inanmazdım ama bu sözləri mənə o dedi,mənsə ona özümdən çox inanırdım...Dedikləri həqiqətdi?Bəs məni sevirdi?Bəs mənsiz yaşaya bilməzdi?Hamı bizim sevgimizə həsəd aparardı,baxıb köks ötürərdi.Əllərimdən bərk-bərk tutub,parlayan gözlərini mənə zilləyib "SƏNİ CANIMDAN BELƏ ÇOX SEVİRƏM" deyən məgər o deyildi?DEMƏLİ YALANMIŞ SÖZLƏRİ!YALANMIŞ GÖZLƏRİ!YALANMIŞ SEVGİSİ!!!
Bu sözləri dedikcə oğlanın ürəyində intiqamdan böyük bir buz dağı yaranırdı...Onun qəlbini qırdığına görə oda bunun qisasını alacağdı,həmdə 2 mislini...
Günlər keçirdi...Artıq payız fəsliydi...Qız xəzan yarpaqlarını baxa-baxa Universitetdən evə qayıdırdı.Birdən gözlərinə inana bilmədi.Qız heç gözləmədiyi bir mənzərə ilə üz-üzə gəlmişdi.Qarşıdan əl-ələ bir qızla oğlan gəlirdi.Lakin onlar qıza heçdə yad deyildi.Bəlkə oxşadaram deyə yenidən baxdı,Bəli qız yanılmamışdı.Qarşıdan gələn onun köhnə sevgilisi ilə ən yaxın rəfiqəsiydi...
Rəfiqəsinin qəlbində həmişə ona qarşı gizli bir kin,paxıllıq vardı.Çünki o mələklər qədər gözəldi.İri,saf baxan gözləri,alma yanaqları,nurlu üzü,qalın və uzun saçları,uzun boyu vardı.Həmdə olduqca yaxşı,təmiz qəlbli olduğundan,heç kimə pislik etmədiyindən çoxları onu sevərdi.Bütün bu gözəlliklərinə görə hamı demək olarki ətrafındakı bütün qızlar onun paxıllığın çəkirdi.Həmçinin ən yaxın rəfiqəsi!
Qız evə gəldi.Ağladı,ağladı yenə ağladı...Olanları bacısına danışdı.Bacısı isə ona necə ürək dirək verəcəyini bilmirdi.Qız özünü necə pis hiss edirdi,həyatdan necə küsmüşdü.Dərdini bölüşdüyü 2 şey vardı:bacısı və hər şeyi qələmə aldığı gündəliyi...
Artıq o pəncərədən baxmırdı,evdən çölə çıxmaq istəmirdi.Çünki nə zaman bunları etsə onları əl-ələ görürdü bu isə ona əzab verirdi...
Oğlan istədiyin bacarmışdı!Ama bu ona bəs etmirdi daha çox acı çəkməsini istəyirdi!Aradan uzun müddət keçmədiki sevgilisiylə rəfiqəsi nişanlandıla
Qız dayana bilmədi yavaşca pərdənə araladı və baxdı,gözlərindən yaş süzülə-süzülə...
Bir gün qızın vəziyyəti ağırlaşdığından xəstəxanaya aparıldı.Lakin onun həyatını xilas etmək olmadı və gözəl qız yavaşca ləzzətini dadmadığı,ona acılar çəkdirən həyata gözlərini yumdu...
Oğlan bunu eşidəndə çox pis olmuşdu!Qızın bacısı oğlana yaxınlaşdı ağlayaraq heçnə demədən onun gündəliyini oğlana uzatdı.Oğlan heçnə başa düşmürdü.Gündəliyi aldı və vərəqləri çevirərək oxumağa başladı...
Bu gün axır vaxtlar özümdə hiss etdiyim halsızlığın,səbəbsiz yorğunluğun,baş gicəllənmənin səbəbin öyrənməkçün həkimə getdim.Eşitdiklərimə inana bilmirəm....mən axı çox gəncəm...Axı mənim həyatım hələ qabaqdaydı...axı mən ona söz vermişdim...onu heç bir zaman tək,mənsiz buraxmayacaqdım...əl-ələ verib yaşayacaqdıq pis-yaxşı günümüzü...xoşbəxt ailəmiz,balaca şirin körpələrimiz olacaqdı...onlara ad qoymaq üstündə dalaşacaqdıq...həmişə 1-1imizə baxıb Tanrıya şükr edəcəkdik...
Nə edim bilmirəm!fikirləşirəm...fikirləşirəm...çox qoxuram...səni itirməkdən,sənsizlikdən çox qorxuram sevgilim...
Oğlan gözləri dolmuş şəkildə gündəliyi vərəqləyirdi...
Bu gün ayrıldım səndən...sevə-sevə ayrıldım.Bu nə deməkdi heç bilirsənmi?Ürəyin yana-yana qucaqlamaq istərkən uzaqlaşmaq?Doya-doya "SƏNİ SEVİRƏM" demək istərkən SEVMİRƏM demək?Əllərini bərk-bərk sıxıb varlığına əmin olmaq istərkən üz döndərmək?Heç bilirsənmi nədir!Mən bugun öyrəndim!Mən sənə deyirdimki "Həyatımsan"!!!Bax sanki həyatla vidalaşıb ölümə gedirsən...
Bilirəm bu hərəkətimlə sənin qəlbində yara açdım,bəlkədə sevgini öldürdüm.Məndə istərdim həm varlığımda həm yoxluğumda məni sevəsən,məni düşünəsən,qəlbində yalnız mən olum!Bu sevgi olmazki sevgilim,Sevgi özünü deyil onu düşünməkdi!Sənə deyirdimki "SƏNİ CANIMDAN BELƏ ÇOX SEVİRƏM!"Bax bunu ona görə etdim məni tez unudasan,hər mənlə bağlı xatirə yadına düşdükcə ağlamayasan,kövrəlməyəsən....sevgimizin atəşi qəlbində alovlanıb səni incitməsin deyə...Eybi yox mənə nifrət et ama bilimki yaxşısan...Qıraqdan səni üzüntülü,kövrək görməyim...mənki səni həmişə xoşbəxt görmək istəyirəm...
Bugun gözlərimə inana bilmədim.Ən yaxın rəfiqəm bunu mənə necə edər?Sevgilimi başa düşürəm ama...Oki mənim xəstə olduğumu və sevdiyimdəndə buna görə ayrıldığım bilirdi...mənki onun çiyinlərində ağlayıb dərdimi onunla bölüşmüşdüm...mənəki o təsəlli vermişdi...axı niyə mən???
Oğlanın qəlbində vicdanı sızlayır,nişanlısına qarşı isə böyük kin,nifrət duyurdu.Nişanlısı ona qızın həyatında başqa birisi olduğunu,rəfiqəsinə çoxlu pisliklər etdiyini və buna oxşar o qədər yalanlar demişdiki...


Bu gün nişanındı.Dayana bilmədim baxdım pəncərədən...göz yaşlarıma hakim ola bilmədim...ağladım...ağladım...sənin yanında mən olmalıydım...İnsan ağladıqca rahatlaşar,acısı yüngülləşər,bu necə acıdır gözümdə yaş tükəndi ama acım zərrə qədər olsa yüngülləşmədi...sadəcə bir istəyim var xoşbəxt ol sevgilim...Mənlə olmasada istədiyinlə...təki qıraqdan səni xoşbəxt görüm...Səni Sevirəm...
Sevgilim bağışla məni...bağışla...bağışla...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 176 Bölmə: Sevgi varmı?
loading...