Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yanmaga Ellerimden Baslayiram...

Yanmağa əllərimdən başlayıram

Yanmağa əllərimdən başlayıram. Sənə toxuna bilmədiyim yerlərimdən.
Yanımda olsan, darıxdım sənin üçün deyə biləcək qədər baxa bilmədim sənə.
Hanı insan çox darıxında, bir sqədər tək və mənasız qalır,
sanki bu böyük kainatda,
bu qədər səs-küyə baxmayaraq üstəlik, təkəm..
Halbuki mən, ömrümün geri qalanında eşidə biləcəyim tək səs,
sənin səsin olsun istəyirəm. Mən səni görə bildiyim zamanlarda
içimə çəkdiyim o dərin nəfəsdə boğulmaq istəyirəm.
Yanmağa əllərimdən başlayıram. Hara qoysam oraya yaraşmayacaqlar çünki.
Harada saxlasam, sanki əmanətmiş kimi dayanacaq.
Bilirsənmi səni əllərim olmadan da sevə bilərəm mən.
Bəli, edə bilərəm bunu. Amma toxuna bilsəydim, bilirəm buzlarım əriyəcək,
bilirəm, bir daha buraxmağa cəsarət edə bilməyəcək qədər qorxaq qalacağam.
Amma olsun belə, yaxşı. Afərin əllərimə.
Afərin əllərimə ki, bu qədər zaman yazdıqlarım aydın olmaz olsun deyə çırpınıb dayandılar.

İndiysə məni sənə izah edə bilmək üçün çırpınırlar.
Tam bir il olub ki, səni möcüzəm olaraq qəbul etdim.
İndi əsl məsələ səni də buna inandıra bilməkdədir.
Çünki ehtimallar üzərinə qurulmuş həyatımın ən gözəl möcüzəsisən sən mənim.
Əsla imtina etmə.
Sənə yazmaq həqiqətən çətindir, bilirsənmi?

Beynimdəki bütün hüceyrələr səninlə məşğulkən,
başqa bir şey düşünə bilməməyə o qədər çox öyrəşdim ki,
o qədər çox öyrəşdim ki...
Bax yenə eyni şey oldu.
Mən səni əllərim olmadan da sevə bilərəm...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Sevgi varmı?
loading...