Mənasız saydığım bir dövürdə
təsadüfən girdin həyatıma. Hər şeyi
dəyişdin. Çətini sevdim səninlə. Özünlə
gətirdin bütün sevincləri və sevgiləri.
Qınadılar məni, səni təsadüfən tanıdığım
üçün. Sənin bir başqa dünyanın insanı olduğunu, əslində mənim o dünyada
yerimin olmadığını, mənimsə dəli
olduğumu dedilər zaman-zaman. Heç
nə düşünmədim. Mənim üçün bir sən
var idin. Bütün dünyama bəs edən bir
sən... Səninlə sevdim hər şeyi. Səbr etməyi,
bağışlamağı, laqeyd olmağı,
düşündüklərimi deməyi...Əslində
sevmədiyim hər şeyi səninlə öyrəndim
və sevdim. Bilmirəm mənim üçün
kimsən. Dostmu, yoxsa...? Dəyərlisən mənim üçün, bircə bunu
bilirəm...Dünyamsan mənim... Dünyanın
belə sığmaqda acizlik çəkdiyi dünyam...
Sənin ala gözlərinlə baxmağı sevirəm
bütün kainata. Anlayırsan məni? Başa
sala bilmirəm hislərimi. O qədər dəyərlisən ki... Hislərimin adını nə
qoyacağımı bilmirəm.
Ucuzlaşmağındanmı qorxuram görəsən
duyğularımın? Yoxsa səni
itirməkdənmi?
Desələr bu eşqdir, inanmaram. Ya da inanmamaq üçün israr edərəm. Bir
ömür boyu yanımda deyil, beynimdə,
ruhumda olmağını istəyirəm. Səninlə
düşünməyi sevirəm...Səninlə sən
olmasan belə, dərdləşməyi sevirəm...
Sevincimi elə beynimdəki, ürəyimdəki səninlə bölüşməyi sevirəm...
Hərdən özüm belə öz duyğularımdan
qorxuram. Ancaq eşqdə bir şəhvət
vardır. Axı sən mənim xəyalımda belə
toxunmaqdan çəkindiyimsən... Ancaq
sən həmişə mənimsən... Bəlkə bir gün təsadüfən ağlına gəlsə
mənim sənə olan hislərim, qorxma...
Qürurlu ol... Necə varsansa, bax
elə...Dəyişməsin heç
nəyin...Düşüncələrin, duyğuların...Çünki
mən səni belə tanımışam...Duymaq istəmədiyini ağlına gətirmə...Unut hər
şeyi...Hətta varlığım əzab versə sənə,
məni belə unut...
Nə olursa olsun, kiminlə olursan ol,
unutma ki, sən dualarımda hər gün dilə
gətirdiyimsən...Sən mənim sadəcə təsadüfümsən...Bütün ömrümə sığan
təsadüfüm...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi varmı?