Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi Dediyin, Qoruyacaq Sevdiyini

Özündən çox qadınını düşünəcək...
Saç telinə belə zərər gəlsə qadınının, dağıtacaq hər yeri!
"Kişi" kimi olacaq məsələn, sözünə sadiq, dediyim dedik!
Bir söz verdisə əgər - "Səni buraxmayacağam" dedisə yəni, Qadınından yalnız ölüm ayıracaq onu!

O gözlər qadınından başqasına baxmayacaq...
Aldatmayacaq yəni, şərəfli olacaq!
Susacaq bəzən...
Gözləri danışacaq!
Bir baxışı işə susdura biləcək qadınını, qorxusundan deyil, hörmətindən susacaq o qadın...
Hər döyüşdə 'əllər' danışmayacaq 'sözlər' danışacaq...
Ona əl qaldırmayacaq yəni, şirin dillə izah edəcək doğrusunu!
Gözəl sözlərlə razı salacaq onu!

Xüsusi günləri unutmayacaq məsələn, yaşanılan o ilklərin tarixlərini ağılında tutacaq, ağlında tutmaqla qalmayıb kiçik sürprizlər edəcək...
Yoldaşının, dostunun yanında hörmətdən salmayacaq qadınını,
Pis söz söyləməyəcək yəni...
Əksinə, hər səfərində onun tərəfində olacaq...
Adı üstündə "YOLDAŞ", bir almanın birinci yarısı...!

Və ən əhəmiyyətlisi utandırmayacaq qadınını, öz pulunu özü qazanacaq və Daim yanında olacaq NAMUSUNUN!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 33 Bölmə: Sevgi varmı?
loading...