Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Gun Biterken...

Bir gün bitərkən, mən də onda bitəcəyəm. Gecənin təqdim etdiklərinə toxunmadan, əmanət etdiyim gözyaşım, yenə yastığımda bir sirr kimi qalacaq.
Səssiz qışqırığıma acıqca, qağayılar səslər sovuracaq. Sən içimdə böyüyərkən, yenə dalğalar sahilə köpüklər sovuracaq.
Ay ilə günəş gizlənpaç oynayacaq, bir quş qonacaq, gözlərimi bağlayınca dodaqlarım tərpənəcək, mən daha diləyimi açmadan uğur uçacaq.

Mən sabahlara gözlərimi bağlayarkən susacağam və mən yenə susacağam.
Aynada gördüyüm üz sirrini itirəcək, amma mən yenə anlamayacağam. O vaxt tərs düz edəcəyəm bütün sirləri və sonra sirlərə qarışacağam. Bilinməyənin bilinənə qarşı məğlubiyyətini görəcəyəm.
Yenə ağ baxacaq, qara qəhqəhə çəkəcək.

Ümidlər cücərəcək tumurcuq olub meyvə verəcək. Bir ürək uçmaq istəyəcək, qanadları çırpacaq qəfəsə, yaralanacaq və yanayacaq. Bir qarışqa ağzında su daşıyacaq, atəş tüstü izi buraxacaq ardında. Su, yolunu taparkən yenə mən susacağam.

Xəyal edərkən hər gecə səni, səni anlamadım. Gözləyərkən bitdim, bitərkən itdim. Getdim.
Payızdan sonra neçə bahar var ki, saya bilmədim... Qış... Bitdi... Mövsüm bitdi... Yaz getdi... Yağış yağdı, şimşək çaxdı, göy guruldadı göy qurşağı çıxdı. Diləklər tutdum qaçdım, qaçdım, qaçdım... Altından keçə bilmədim, göy qurşağı itdi. Yenə də çarə tapa bilmədim.

Mahnılar qoydun önümə, mən baxarkən sən içindən seçdin, "Gedirəm" deyə bir mahnı doladın dilinə. "Çıxıb gedirəm"-dedin. Bir şey götürmədən, bir şey vermədən, işığı sönmədən, səhəri qatdın önünə, gecəni buraxdın mənə çıxıb getdin.

Zaman axacaq, zaman dayanacaq, amma sən qalacaqsan. Gün gecəni boşayacaq, ay ulduza acıqca çıxmayacaq, amma sən qalacaqsan. Təqvim yarpaqları ağac yarpaqları ilə yarışacaq, qazanılacaq, itiriləcək, amma sən qalacaqsan.

Arı bal edəcək, bal tükənəcək arı yox olacaq, amma sən qalacaqsan. Mən gedəcəyəm, mən bir gün gedəcəyəm, amma sən məndə həmişə qalacaqsan BIRDENEM............


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Sevgi varmı?
loading...