Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qemli Sevgi

?
Ondan ayrılmağımdan 2 il keçirdi.Amma mən buna ayrılıq deyə bilmirdim.Onu çox sevirdim, oda məni mən onu sevdiyim qədər sevirdi.Bizi lənət olası pul, var dövlət ayırdı.O çox imkanlı idi mən isə kasıb.Bucur söz-söhbətlər və ailələr bizim bir yerdə olmağımıza əngəl oldu.O vaxtdan her sabahımı onsuz açmağa başladım.
Birgün bərk xəstələndim, xəstəxanaya düşdüm, həkimlər problemin ürəyimdə olduğunu dedilər.Operatsiya olmalı idim əks təqdirdə yaşamaq şansım yox idi.Amma operatsiya üçün lazım olan başqa bir ürək yox idi, kim ürəyini mənə fəda edə bilərdi ki.Ümidsizlik içində yatağımda son günlərimi yaşayırdım.
Amma bu son günlər mənim üçün şirin günlər kimi keçirdi.Çünki hər anımı onu düşünməklə keçirdirdim.Bütün gün düşünürdüm, görəsən o hardadır, indi nə edir, kminlədir, onu incitmirlərki.Sanki ürək xəstəsi deyiləm sevgi xəstəsiyəm, sanki problem ürəyimdə yox ruhumdadır, sanki məni incidən ürəyim deyildi, sevgilimdən ayrı qalan günlərimdir.Onu son dəfə görmək istəyirdim.Son dəfə onu opub, ona gülümsəyib, onu sevdiyimi deyib gözlərimi yummaq istəyirdim.
Birgün həkim içəri girdi və mənim üçün ürəyin tapıldığını söylədi.Operatsiya olundum.Əməliyyat uğurlu keçdi.

Yenidən gəzlərimi açanda ilk onu axtardım amma o yox idi yanımda.Sanki bu dünyaya onu yenidən görmək üçün qayıtmışdım.Qəribə hal baş verirdi dünyanı artıq başqa cür sevirdim, sanki dünyada məni sevirdi.Hər gecə yuxuda onu görürdüm,anidən ayılırdım, onun yanımda olduğunu hiss edirdim, amma onu yanımda görə bilmirdim.Bucür hisslər, bu cür ürək ağrıntıları məni hər gecə yatmağa qoymurdu.
Həkimə dedim.Həkim ürək operatsiyasının çətin əməliyyat olduğunu və bunun bir müddət davam edəcəyini söylədi.Daha sonra həkim mənə bir məktub verdi.Bu məktubun mən xəstə yatarkən ona verildiyini və operatsiyadan sonra mənə verilməsi söylənilmişdi.
Məktubda onun qoxusu var idi, bu onun yazısı idi.Həsrətlə, illərlə gözlədiyim insanın məktubu idi.Məktubu açdım və əllərim titrəyərək bu kəlimələri oxudum:
Yenidən dünyaya xoş gəldin sevgilim.Səndən ayrıldıqdan sonra bu ürəyə 2 sevginin sığışa bilməyəcəyini bildiyim üçün heç kimi sevmədim.Sənsiz keçən hər günüm səni dahada xatırladırdı mənə.
Sənə kitabları dolduracaq qədər şeirlər yazdım.Hər biri digərindən daha qəmli. Yazdım, Oxudum, Ağladım. Hərgün yazdım, hərgün oxudum, amma illərcə ağladım.Hər gecə səni düşündüm səhərə qədər, hər gecə yanında olmaq istədim.Hər gecə sənsizliyə lənət elədim, yuxunu özümə haram elədim.Sənsiz qalmağın acısı mənə əzab verirdi.Bugün səninla bir-birimizi sevməyimizin 3-cü ilidir.Səni sevirəm həyatım.Həmişə mən sənin yanına gəlmək istəmişəm, bir dəfədə sənin gəlməyini isteyirəm.
Hə bu arada sənə hər dəfə danışdığım o ürəyimə yaxşı bax.Olarmi? Çünkü göz yaşlarımla adını yazdım ona ... Səni səndən çox sevən bir qəlbim var içində. İçində daşıdığın o ürək içi tamamilə sənə olan sevgim ilə dolu olan mənim ürəyimdir.UNUTMA!!! Seni çox sevirəm və yanıma gəlincəyə qədərdə sevəcəyəm.
?


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 321 Bölmə: Sevgi varmı?
loading...