Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsil Sevgi Budur

Əsil sevgi Budur :(( ♥ Her kes oxusun ♥ Zaur və Zərifə adında 2 gənc var imiş.
Qız çox gözəl, oğlan da çox yaraşıqlı
imiş… Onlar bir-birini sevmiş və
evlənməyə qərar vermişlər. Hər ikisinin
də ailəsi bu yekdilliklə razı imiş. Bir neçə
müddətdən sonra Zaur ailəsi ilə Zərifəni istəməyə getmişlər. Nişan üzükləri
taxılmış və toy günü də
dəqiqləşdirilmişdir. Günlərin birində
Zaur Zərifəyə zəng edir və
deyir..«Həyatım neynirsən? — Heç
yemək bişirirəm, yemək yeyəcəm. Onda yeməyini qurtarandan sonra hazırlaş 2
bilet almışam seni kinoya aparacam.
Baş üstə, eşqim… zəng edərəm» deyib,
dəstəyi asıb, yemək hazırlamağa davam
etmiş. Elə bu vaxt mətbəxdəki qaz
balonu partlamış..və bu Zərifənin bütün bədənini dəlik-deşik etmişdir… Onu tez xəstəxanaya (reanimasıyaya)
yerləşdirmişlər. Zaur bunu eşidən kimi
qaça-qaça xəstəxanaya gəlmişdir.
Zərifə ayılandan sonra onunla
görüşmək istəməmişdi… Çünki sifəti və
bədəni yanıqdan elə bir hala gəlmişdiki istəmirdi Zaur onu bu vəziyyətdə
görsün… Anası Zərifənin yanına gəlib
«Qızım, Zaur çox pərişan vəziyyətdədir,
onu niyə görmək istəmirsen?!» —
demiş. Zərifə «Ana, sən belə mənim
üzümə baxa bilmirsən, o necə baxsın?!» deyir. «Ona de, məni gözel
halımla xatırlasın, bir də məni
axtarmasın, hər şey bitdi!»Anası qızın
dediyi hər şeyi olduğu kimi Zaura
çatdırmış... Zaur kədərli halda xəstəxananı tərk
etmiş, maşını sürətli sürərək ağaca
çırpılmış və gözləri kor olmuşdur. Anası
bundan xəbərdar olan kimi bu
hadisəni Zərifəyə danışmış «Bax, qızım,
indi sizin evlənməyiniz üçün heç bir əngəl yoxdur, onun da gözləri
görməyəcək, sən də elə bundan
narahat idin, bir-birinizə dəstək
olarsınız». Və beləliklə, Zərifə Zaurla evlənir.İki
uşaqları olmuş. Bir qız, bir oğlan… Çox
xoşbəxt həyat kecirmşlər, Zərifə illər
sonra ürək xəstəliyindən vəfat edir…
Və onun öldüyü gün uşaqları bilirlər ki,
əslində heç atalarının gözü kor olmayıbmış, sadəcə Zərifəni itirməmək
və onunla evlənmək üçün yalan
demiş… P.S. Sevdiyini itirməmək üçün bu qədər
fədakarlığı gözə ala bilən insan görəsən
indi də varmı bu dünyada?!!! Buyurun
fikirleriniz hekaye barede deyin


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 205 Bölmə: Sevgi varmı?
loading...