Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalan Hekayəm

Hamı hər gün ən az bir yalan danışır mənə səndən.Elə sən də mənə yalan danışırsan.Mən tapa bilmirəm doğruları.Bilmirəm kimə inanım.Dostlarıma,anama,sinif yoldaşıma..yada içində itdiyim gözlərinə..
Hər gün hər şeyin yalan olduğunu öyrənirəm.Gündə bir yalan daha.Hər gün bir doğrunun yeni yalan doğduğunu görürəm.Mənim həyatıma,mənim hisslərimə doğulur o yalanlar.
Anlamaq istəmirəm,qəbul eləmirəm,hətta elə bu yalanla da yaşamaq və hətta ölmək istiyirəm.Amma hər kəs.Gördüyüm hər kəs mənə sənin yalan olduğunu yeridir.Başa düşürsən..Hər gün sənin yalan olduğunu deyirlər mənə.Hər gün sənin bir yeni yalanına vuruluram.Hər gün yalançı gözlərinə baxıram.Hər gün yalançı dodaqlarına toxunuram.Hər öpüşdə bu tilsimin şeytanın ya mələyin oyunu olduğunu hiss etməyə çalışıram.Ehtirasdan gözlərim yumulur,amma mən çalışıram özümü saxlıyım,gözlərimi yummuyum..Görüm bu pıçıltı şeytanındı,ya mələklərin..Sənin yalan olub olmadığını anlamaqçün heç səni necə öpdüyümü belə anlamıram.Sonda isə görürəm ki,dodaqlarını qanatmışam..İncidir səni.Amma mən heç mərhəmət hissi keçirmirəm.Heç səni sığallıyıb,’cann..’da demirəm.Çünki,başa düşürəm.Sən yalansan!Sən deyilsən bu!Bu sənin hisslərin deyil!Dodaqlarını silib yenidən öpəndə məni..Mələkləri,şeytanı,pıçıltını,yalanı unuduram bir anlıq..Bu tilsim,bu ehtiras zamanı dondurur.Tək zamanı deyil,hisslərimi,sözlərimi..Hər şey ani vaxt ərzində yox olur.Yox!Yalan deyil heçnə!Yalan heçnə yoxdu!.Bunu anlamaq çətin olmur.Sadəcə heçnəyi fikirləşməməlisən,ancaq anın sehrinə buraxmalısan özünü.Həmin an bütün yalanlar təslim olur.Məni qucaqlayanda isə,necə sevdiyini anlayıram..və artıq mələklərin rəqsi başlayır
Hər kəs yalan imiş.Tək doğru bizim hisslərimiz imiş.Yadaki,sən mənim ən sevdiyim,vərdiş elədiyim yalanımsan.Səni hər gün danışıram.Hər gün bir dəfə də olsa yalan danışıram səni.Hər gün bir azda inandırıcı gəlir bu yalan..Hər gün daha da peşəkarcasına danışıram səni.Hamı da inanır.Çünki yalan da olsan,mən özüm də inanmışam sənə.Zərərsiz yalanım..Sevgi dolu yalan hekayəm mənim.. Çox şirin bir ev kimi..Qanadlarımızın olacağı kimi şirin nağılım..Yalanım..Dünyanı bəzəyən,onu daha rəngli edən yalanım...sevdiyim,danışdığım,hər gün də danışacağım yalanım və günahım..Cənnətə məni buraxmayacaq tək günahım..
Razıyam..yalan ol,hər gün yalan danış mənə..Heç xəyanət eləmədiyini de,məni necə sevdiyini de.Yalandan da olsa darıxdığını de.Mənsiz yaşaya bilmədiyini de.Zənglərimə cavab vermə,yalandan görmədiyini de.Amma nə olar,getmə..Mən səni bir gün çıxaracam bu yalan kəfənindən.Basdırdığın doğrularını qazıb tapacam.Yenə qayıdacaqsan.Yenə hisslərin olacaq,sevəcəksən..Daha yalan danışa bilməyəcəksən.Gözlərin səni hər yalan demək istədiyin cümlənin ilk sözündə satacaq.Amma mənə vaxt ver,nə olar..Bütün bunları etməyimçün bir az gözlə.Yenə qayıdacam..Qayıdacam ki,səni qaytarım.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 163 Bölmə: Sevgi varmı?
loading...