Bəzən gözlərimdə sənsizliyin yaşları,bəzən sevincin işıltısı. Amma hər zaman səni görmək istəyərdi. Daha gözlərim gecələr boyu ağlamaq,səni görəndə sevinmək istəmir... Xahiş edirəm, MƏNƏ BAXMA! Saçlarımı sənin istədiyin kimi açıq qoyuram, kimsə məni bəyənsin deyə deyil. Bir gün təsadüfən məni görsən heç dəyişmədiyimi görəsən deyə. Saçlarımı sığalladığında hər dəfə təravətini duyasan deyə... Daha saçlarımda istəmir onu sığallamağını... Xahiş edirəm,SAÇLARIMI SIĞALLAMA! Dodaqlarımda həmişə sənin adın olardı. Həmişə surpriz deyə öpücük qondurardım yanağıva. Amma dodaqlarımda səni istəmir daha... Xahiş edirəm,MƏNİ ÖP-MƏ! Səndən küssəm də,incisəm də BiZiM mahnılarımızı sevə-sevə dinləyərdim. Qulaqlarımda istəmir dinləmirəm daha... Xahiş edirəm,sən də MƏNİ DİNLƏMƏ! Mənə niyə həmişə deyirdin ki,sən dünyanın ən gözəl qoxusuna sahibsən. Axı bu səhvdir. Ən gözəl qoxu sənin qoxun idin. Amma burnumda qoxuvu duymaq istəmir... Xahiş edirəm, sən də MƏNİM QOXUMU DUYMA! Əllərimi tutmaq bəhanəsiynən nə qədər yumşaq olduğunu bəhanə etmə. Əllərim əllərinin istisini yoxlamaq istəmir daha... Xahiş edirəm, ƏLLƏRİMİ TUTMA! Ayaqlarına denən görüşümə gəlmək istəsə qaçmasın yollar boyunca. Çünki,mənim ayaqlarım görüşünə nə olursa olsun gəlmək istəmir daha... Xahiş edirəm,ayaqların görüşümə GƏL-MƏSİN! Ruhunu göndərirdin hər gecə yanıma,mən ona mənim üçün nə qədər dəyərli olduğunu öyrədirdim. Xahiş edirəm, ruhunu yanımaGÖNDƏR-MƏ! Sənə hər SƏNİ SEVİRƏM deyişimdə,içimdə qopan fırtınanı bir mən bilirəm. Amma daha deməyəcək dilim... Xahiş edirəm, Sən də SƏNİ SEVİRƏM DEMƏ! Əlini ver,ürəyimin nə qədər qırıldığını hiss edə bilirsən? Nə qədər yandığını görürsən? Bəs ürəyimin asta-asta döyüntüsünü eşidirsən? Bax Sənin üçün DÖYÜNÜRDÜ!!! Xahiş edirəm,MƏNİ SEVMƏ!
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 153 Bölmə: Sevgi varmı?