Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SevgiDE QuRuR…

Gözəl bir payız səhəri idi. Ancaq
olduqca da darıxdırıcı bir gün idi.. Payız
yağışı yağırdı. Tənhalıqdan bezmişdim,
gəzməyi düşündüm və bacımın dərsdən
çıxmaq vaxtı olduğu üçün onu
götürməyə getdim. Birdən gözlərim ay üzlü, incə belli, gülən üzlü bir qıza
sataşdı. Gözlərim sanki işıq saçdı, onun
gözəl gözləri məni elə bilki yenidən
həyata bağladı. Evə gəldim, ancaq o
gözəlin gözləri bir an olsun belə
gözümün qarşısından getmirdi. Başladım hər gün bacımı götürmək
bəhanəsi ilə məktəbə getməyə.. Lakin
sonunda başa düşdüm ki, belə etməklə
də heç nə əldə etməyəcəm və qərara
gəldim ki, mən də o məktəbdə oxuyum.
Sonunda gəldim məktəbə. Hər gün onu uzaqdan görmək belə mənə bəs edirdi.
Həyatımdan çox qızlar keçmişdi, ancaq
hamısı gəldi gedər sevgi idi, bu qızı
sevincə isə, sevginin nə olduğunu başa
düşdüm. Həyatda heç vaxt, heç kim və
heç nəyə görə yenilməmişdim, ancaq bu məni sonunda həyat qarşısında
yendirdi.. Günlərcə düşündüm, görəsən
baxışlarım ona sevdiyimi başa salırmı?
Mən necə ona sevdiyimi açıb deyimmi?
Yoxsa səbr edim? Öz-özümə ancaq
suallar verirdim və özümdə cavabını verirdim. Nəhayət cavabım səbr edim..!
Səbr-səbr, beləliklə günlər həftələri,
həftələr də ayları yola saldı, bir də
oyandım ki, aradan 7 ay keçib və mən
hələ də öz xəyalımda, öz sevgimin
gözəl röyalarındayam. Onu röyamda gözəl bir gülə bənzədirdim, onlar kimi
saf və gözəl idi.. Daim gülür, amma
gülərkən arxada gözü yaşlı biri
buraxdığından heç xəbəri yox idi.
Sevirdim onu dəlicəsinə, düşünürdüm
bəs bu qız məni heç vaxt sevməzsə nə edərəm..? Düşünmək belə çətin idi. Axı
ümid deyilən bir şey var.. Düz deyiblər
ki, ümid çarəsizlərindi. Onun da məni
sevməsini arzulayırdım o böyük
Allahdan.
Bir gün çatda idim. Bir qızla başladım söhbət etməyə və bunla tanış olduq biz
tanış olduqca gördüm ki, bu o qızdır.
Həyat sürprizlərlə doludur ki, məni də
öz sevdiyim qızla realda da olmasa
virtualda qarşılıqlı söhbət etməyi
qismət etdi.. İnana bilmirdim, qəlbim yerindən çıxacaq qədər atırdı. Əllərim
buz kimi olmuşdu. Biz xeyli söhbət
etdik. Onun da mənim haqda xeyli
məlumatı var idi. Bunu özü dedi. Ancaq
mənimlə az da olsa maraqlandığı
xəbəri belə məni sevindirdi. Biz başladıq olduq dost. Bir neçə gün biz
çatda söhbət etdik, sonra mən ona
ondan çox xoşum gəldiyini dedim və
onun da mənə qarşı nə hiss etdiyini,
qısası .Hə və ya Yox,bir cavab deməsini
istədim, söhbəti çox fırlatdı və nəhayət insanı diri ikən öldürəcək cavab verdi
yəni… Yox.. çox üzüldüm, sanki diri
ikən öldüm, amma yenilmədim dedim
özün bilərsən. Ancaq biz yenə də çatda
başladıq söhbətimizi davam etməyə və
səhərisi gün mən bir qərara gəldim.. Çünki ona sevgi təklif etdiyim gün
göydən yerə vurmuşdu onun Yox sözü
beynimdən heç çıxmırdı. İnsanı da
məhv edən kindir. Mən ona dedim ki,
mən artıq səni yox başqasını sevirəm,
hətta onunla da evlənəcəm. Özünü sındırmadı və beləliklə də mənə
sonsuz xoşbəxtlik arzu etdi. Bu sözləri
isə məni daha da məhv edirdi. Nə
biləydim ki, oda məni sevirmiş, sadəcə
ürəyində saxlayırmış. Bir axşam çağı
idi, düzü mənimlə çox soyuq danışırdı, həmçinin mən də eynilə. Mənə dedi ki,
doğurdan başqasını sevirsən..?
Yenilməmək üçün dedim bəli həmin
dəqiqə mənə ölümdən belə betər gəldi.
Ancaq onu sonsuz sevdiyimi bilmirdi.
Sözümü dediyim an mənə cavab olaraq nifrət edirəm sənə və məni birdəfəlik
tərk etdi. Belə olacağını
düşünməmişdim.. İndi çox peşmanam.
Çünki məni məhv edən qürurum oldu..,
yenilməz qürurum!!! Nə verdi qürurum
mənə? dərddən başqa…!!! Sevgilim sən getdin. Zülmət bir qaranlıq, bir zindan
yalnızlığı, ağır bir boşluq buraxdın
geridə. Kaş ki, bunu əvvəldən
duyardım, bağışla məni!!!
Oğlanlar sözüm sizədir, sevgini qürurla
ölçməyin, yoxsa sonunda məhv olan siz olacaqsınız. Unutmayın ki, insanı
sevmək üçün bir an kifayətdir, onu
unutmaq üçün isə bəzən ömür də az
olur…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 186 Bölmə: Sevgi varmı?
loading...