Məni sevirsən ?
- Aha
- Necə yəni aha ?
- Sevirəm-sevirəm.
- Bəs niyə məni başından edirmiş kimi danışırsan ?
... - Necə?
- Axı sevirəm-sevirəm nə deməkdir ???
- Səncə nə demək ola bilər ?
- Məncə bu
- "Əl çək" deməkdir.
- Başa düşmürəm, nə istəyirsən axı ?
- Mən istəyirəm sən deyəsən ki "Sevirəm"
- Dedim də. Hətda 2 dəfə.
- Sən mən istədiyim kimi demədin:(.
- Bəs necə deməli idim?
- Sadəcə deməli idin - "Sevirəm".
- Yaxşı, sevirəm.
- Əla!
- Sakit oldun?
- Yox.
- Nə var yenə?
-Axı niyə sən sadəcə olaraq sevirəm deyə bilmirsən? Niyə Yaxşı sevirəm deyirsən, səni bezdiribmişəm kimi?
- Aydaaa...
- Bezdirmişəm, hə?
- Zarafat edirsən?
- Sadəcə de ki "Sevirəm"!
- Sevirəm!
- Hə əlbətdə sevirsən. 10 dəqiqəlik mübahisədən sonra!
- Səncə sevgini belə etiraf edirlər ?
- Mən sevgimi etiraf etmirdim. Sadəcə sən istədiyin üçün dedim.
- Yəni səninçün bunun bir mənası yoxdur?
- Necə yəni?
-Yəni mən istəməsəm sən sevdiyini deməyəcəkdin?
-Axı mən artıq dedim!
- Sadəcə ona görə ki mən istədim.
- Mən, sən istəyənə qədər demişdim. Sən sevdiyimi soruşanda.
- Nə demişdin?
- Demişdim ki sevirəm.
- Yox! Sevirəm demədin. Dedin ki "Aha"
- Nə fərqi var axı?
- Sən "Sevirəm" və "Aha" arasında bir fərq görə bilmirsən?
- Yox, görmürəm!
- Onda mən bundan sonra sənə sevirəm yerine deyəcəyəm ki "Mən səni aha"
- Ha-ha-ha!
- Nəyə gülürsən?
- Dediyinə.
- Hə, çox gülməlidir!
- Nə olub axı sənə?
- Sən məni sevmirsən!
- Bunu hardan götürdün?
- Çünki sevsən "Sevirəm" deyərdin "Aha" yox.
- Yaxşı, əsəbləşdirmə məni.
- Ümumiyyətlə sən məni sevsən bunu özün deyərdin, daha mənim səndən bunu istəməmi gözləməzdin!
- Mən gözləmirdim!
-Mən sənin sevginə əmin olsam bunu deməni istəməzdim!
- Axı niyə əmin deyilsən?
- Çünki...
- Çünki mən "Aha" dedim?
- Aha:(
- Dəli:)
- Aha:(.
- Gəl bura:)...
- Mən doğurdan da dəliyəm.
- Hə, çox:).
-Həmişə boş yerə mübahisə yaradıram.
- Düzdü:). Gedək yataq?
- Hə artıq gecdir. Bağışla məni.
- Yaxşı hər şey qaydasındadır. Bağlayaq bu mövzunu.
- Qucaqla məni.
- :-) ...
- Məni sevirsən?
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi varmı?