Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biri Tibde Biri Memarliq Universitetinde

Bir avtobus dayanacağında qarşılaşmışdılar ilk dəfə. Biri Tibb Universitetində oxuyurdu, digəri Memarlıq və İnşaat Universitetində. O ilk qarşılaşmadan sonra bir daha, bir daha və bir daha görüşə bilmək üçün hər dəfə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.
Gənc idilər, çox gənc... Bir-birləri ilə danışacaq cəsarəti tapmaları vaxt aldı, amma nəhayət bacardılar.
Əslində heç biri hər səhər avtobusa mindikləri tərəfdə yaşamırdılar. Oğlan dostugildə qaldığı üçün həmin dayanacaqdan minmişdi, qız ısə isə bacısı gildə. Sırf bir-birlərini görə bilmək üçün hər səhər tezdən evlərindən çıxıb şəhərin taaa o başından həmin dayanacağa gəldiklərini gülə-gülə bir-birlərinə etiraf etdilər bir gün...
Universiteti bitirən kimi evləndilər. Xoşbəxt idilər, çox xoşbəxt. Bəzən işsiz, bəzən pulsuz qaldılar. Amma qəlbləri bir-birinə elə bağlı idi ki, heç bir şey gözlərinə görünmürdü. Ayın sonuna güclə çatdıqları zamanlarda da, məşhur bir həkim və məşhur bir memar olduqları zamanlarda da həmişə xoşbəxt idilər.
Zamanın aşınmasına uğrayan, alışqanlıqlara çevrilən sevgilərdən deyildi onlarınkı... Günlər günləri, illər illəri qovaladıqca sevgiləri də böyüdü, böyüdü... Tək çatışmazlıqları övladlarının olmaması idi.
Çətin bir müalicə kursu keçmələrinə baxmayaraq övlad sahibi olmadıqlarında, “bütün xoşbəxtliklərin bizim olmağını gözləmək naşükürlük olar” - deyərək davam etdilər həyatlarına. Övlad yerinə sevgilərini böyütdülər...
“Sənin üçün ölümə gedərəm” - deyərdi Sevda ona sarılaraq, “yox, mən sənin üçün ölərəm” deyə cavab verərdi Aqşin.
Bəzən evə gələndə aynanın üzərində bir qeyd görərdi Sevda, “Əzizim, kitabxananın ikinci rəfinə bax...”. Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı, “Mətbəxdəki stolun üzərinə bax və səni çox sevdiyimi heç zaman unutma”. Mətbəxdəki stoldan yataq otağındakı şkafa qədər sevgi dolu qeydləri oxuya- oxuya gələn qadın, ən sonunda ya bir dəstə gül, ya çox sevdiyi şokoladlar, ya da bahalı hədiyyələrlə qarşılaşardı. Aldığı hədiyyənin nə olması heç də əsas deyildi...
Həyat nə qədər sürətlə axırsa axsın, işləri nə qədər gərgin olursa olsun hər zaman bir-birlərinə ayıracaq zaman tapırdılar. Buna baxmayaraq 40 yaşlarına gəldikdə daha az işləməyə qərar verdilər. Aqşin xəstəxanadan ayrıldı və şəxsi müayinə otağında xəstə qəbul etməyə başladı. Sevda isə ofisini bağladı və sadəcə xüsusi layihələrlə işləməyə başladı.
Artıq daha çox bir yerdə ola bilirdilər. Bir gün sahildə dolaşarkən xaraba ev gördü Sevda,
üzərində “SATILIR” elanına baxaraq “”nə deyirsən, bu evi alaq?” dedi Aqşinə. “Bu xarabanı söküb, üzrəində çox gözəl bir ev tikərik. Layihəni artıq beynimdə çəkdim. Çox böyük bir eyvanı olan, qağayıları səhər yeməyinə dəvət edə biləcəyimiz bir dəniz evi...”
“Sən istədiyinə mən heç “yox” deyə bilərəm?” – deyə cavab verdi Aqşin. “Amerikadakı tibb konqresindən dönən kimi əmlak məsələlərin ilə mağşul olan adama zəng edərəm. Neçəyə olursa olsun, bu ev bizimdir artıq...”
Sadəcə 1 həftə ayrı qalacaqlarını bilsələrdə, ayrılmaları çox çətin oldu. Hər gün, hər saat danışdılar telefonda. Göz yaşları içində qucaqlaşdılar aeroportda.
Ancaq bir neçə gün sonra həyat yoldaşında bir qəribəlik olduğunu hiss etdi Sevda. Əvvəlki kimi xoşbəxt görünmür, danışmaqdan qaçırdı. Onun kefini açmaq üçün sahildəki evi yadına saldı və çəkdiyi layihəni verdi ona, amma heç gözləmədiyi bir cavab aldı: “Canım, o ev bizim büdcəmizə uyğun deyil. Ən yaxşısı onu unut...”
Xoşbəxtliyin dadına öyrəşmiş insanlara bu kimi hallar daha da çətin gəlir. Sevdaya heç xoş gəlmədi gözlənilməyən cavab. Dərdini deməsi üçün yalvardı Aqşinə, “sənin üçün ölərəm, bilirsən, xahiş edirəm danış” – deyə dil tökdü boş yerə... İllərdi sevdiyi adam duyğusuz, sevgisiz biri ilə yer dəyişmişdi sanki. Ona yaxınlaşmağa çalışdıqca, beton divarlara çırpılırdı elə bil. Hər çırpılanda daha çox qanayırdı ürəyi...
Bir gün uşaqlığının, gəncliyinin və bütün həyatının birliktə keçdiyi rəfiqəsi ilə dərdləşərkən, “artıq dözə bilmirəm, sənə deməliyəm bunu” - deyə sözünü kəsdi rəfiqəsi. “O, səni aldadır. İş yerimin düz qarşısındakı restoranda gənc bir xanımla hər gün nahar edir. Sonra da bir-birlərinə sarılıb maşına minirlər...”
“Sus! Sus! Eşitmək istəmirəm bu yalanları” – deyə bağırdı Sevda. Neçə illik rəfiqəsini onun xoşbəxtliyini qısqanmaqla günahlandırdı...
Ertəsi gün nahar vaxtı o restoranın qarşısında bir küncə sıxıldı səssizcə və pəri nağıllarının sadəcə nağıl olduğunu başa düşdü... Həyat yoldaşının əvvəllər eyni xəstəxanada
işlədiyi gənc tibb bacısını tanıdı o saat. Bəzən evlərinə qonaq gələn qadına necə sarıldığını gördü Aqşinin...
Axam həyat yoldaşı evə gələr- gəlməz bəzən bağıraraq, bəzən ağlayaraq, bəzən ona möhkəm- möhkəm sarılaraq, bəzən də yumruqlayaraq söylədi üzünə hər şeyi. İnkar etmədi Aqşin. Zamanla hisslərin dəyişə bildiyini, insanların orta yaşa çatdıqda fərqlilik axtardığı kimi bir neçə bəhanə sadaladı və çemodanını götürün çıxdı evdən. Qapıdan çıxarkən “son bir dəfə qucaqlamaq istəyirəm səni” – dedi, amma Sevda “rədd ol” – dedi nifrətlə...
İlk andaca boşandılar... Leyli və Məcnunun belə həsəd apara biləcəyi müasir bir eşq macərasının belə sonlanmasına heç kim inana bilmirdi. Dostlarının dəstəyi ilə ayaqda durmağa çalışdı qadın. Aqşinin sevgilisi ilə birgə Amerikada yaşadığını öyrəndi. Bəzən tək qaldığında onu hələ də sevdiyini hiss edincə, ağlamaq krizisi keçirir, sevgisinin yerini ən az onun qədər nifrətin əvəz etməsi üçün dua edirdi.
Aradan bir il keçdi... Hər şeyin dərmanı olduğu söylədiyimiz zaman belə Sevdanın dərdinə əlac olmamışdı. Bir səhər dayanmadan çalınan qapı zənginə oyandığında, qarşısında o qadını gördü. “Sən buraya nə üzlə gəlmisən?” – deyə bağırmaq istədi, amma səsi çıxmadı.
“Xahiş edirəm, içəri girməyimə icazə
ver, mütləq danışmalıyıq” – dedi gənc qız. Divanda oturdu və çətinliklə eşidiləcək bir səslə danışmağa başladı:
“Hər şey göründüyü kimi deyil əslində. Çox ağrılıdır, amma Aqşin 1 saat əvvəl öldü. Keçən il Amerikadakı konqresə getdiyi zaman öyrəndi xəstəliyini və təxminən 1 il ömrü qaldığını. Buna sənin dözə bilməyəcəyini, hər zaman dediyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün məndən sevgilisi rolunu oynamağımı istədi. Ailəsinə də xəbər vermədi. Bir yerdə
Amerikada yaşadığımız yalanını yaydı. Amma özü ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu. Müalicə alır və sağalacağına inanırdı. Amma olmadı. Gecə halı pisləşib, baxıcı mənə zəng etdi, son anda çata bildim. Sənə bu qutunu verməyimi istədi...”
Gözlərindən axan yaşları dayandıra
bilməyəcəyini bilirdi Sevda. Elə burdaca ölmək istəyirdi. Əlindəki qutunu açdı, xüsusi diqqətlə bükülmüş xeyli sayda kağız var idi içində. İlk kağız parçasında “xahiş edirəm, bu kağızları sıra ilə oxu, sevgilim” – yazılmışdı... Sıra ilə oxudu; “Sən çox sevdim”, “Səni sevməkdən heç zaman usanmadım”, “Sənin üçün ölərəm deyirdin hər zaman, doğru söylədiyini bilirdim”, “Ancaq mənim üçün ölməyini istəmədim”, “İndi mənə söz verməyini istəyirəm”, “Mənim üçün yaşayacaqsan, oldumu?”.
Son kağızı götürəndə qutuda bir açar olduğunu gördü Sevda... və son kağızda bu sözlər yazılmışdı:
“Sahildəki evimizi sənin çəkdiyin layihə üzrə tikdirdim. Böyük eyvanda qağayılarla səhər yeməyi yeyərkən hər zaman səni izləyəcəyəm..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 197 Bölmə: Sevgi varmı?
loading...