Heç bitməz istəkləri insanoğlunun. Özümüzü bilər bilməz tez böyüməyə can atarıq. Beləcə həyata köklərimizi salmağa başlıyırıq. "Kaş ki heç böyüməsəydim" deməyə başladığımız vaxt, çarəsizliyimizi qəbul edər və davam edərik getməyə, böyüməyə. Ağır ağır, istəksizcə. Bəzən bir əl itələyər kürəyimizdən yavaşca, qaçardım bəzən. Bağlanmaq üçün bir ümid axtararıq, yığınla taparıq. Əvvəl yaxşı bir məktəb bitirmək istəyərik, ardından yaxşı bir iş. Nə qədər sevgilər gəlib keçər həyatımızın orta yerindən, kimində ağrıyarıq, kimində ağrıtdırarıq. Bir azalıb, bir çoxalarıq. İtirərik bilmədən, heç ağılımızda yoxkən qazanarıq. Beləcə oturar mənliyimiz, köklərimiz daha da dərinlərə enər. Ümidsiz qaldığımız zamanlar da olar əlbət. Həyat bu; hər şey nə vaxt həmişə çox gözəl oldu ki. Üsyan boşa; nə uşaqlığımız geri dönə bilər, nə dəyişdirməyə yetər gücümüz keçmişi. Həmişə yapışacaq bir budaq taparıq, ya da budaqlarımızı təmir edəcək bəzilərini.
Ümidsiz qaldığımız vaxt, öldük deməkdir.
Yaşamağa səbəb, səni seçdim. Ümidimsən...
Qolu qanadı qırıq quşlar kimiyəm indi. Burax uçmağa, ayaqlarımı yerə basmağa yox macalım. Yuxusuz üç beş gecənin ardından iki qədəh içmiş kimiyəm. Hüzn alıram havadan. Köklərimdən bir neçəsi sarsılmış, qopacaq kimiyəm yerimdən. Nə qədər ümidsiz qalsam da sənsizliyimlə, ümid doluyam yenə də. Həyat bu; hər şey nə vaxt həmişə çox gözəl oldu ki. Üsyan boşa; nə səni yar edə bilərəm özümə, nə dönə bilərəm artıq gözlərimin sənə dəymədiyi illərə. Yapışacaq bir budağım var yenə də, səsin çarə olar ürəyimə.
Ümidsiz qaldığımız vaxt, öldük deməkdir. Yaşamağa səbəb, səni seçdim. Ümidimsən...
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi varmı?