Kiçik uşaq məktəbdən gəldiyində, koridorun sonundakı otağa doğru getdi. Və divarın dibində dayanan stula çıxaraq, qapının üstündəki şüşəli hissədən baxdı. Atası hər zamanki yerində, köhnə bir sidrdə otururdu. Qarşısında da bir neçə dənə içki şüşəsi vardı. Sidrin üstünə yayılan örtü, siqaret yanıqlarıyla bəzən dəlinmiş, tökülən mayelərlə rəngini itirmişdi. Küncdəki televiziya yenə açıq idi, atası ona baxacaq vəziyyətdə olmasa da...
Kiçik uşaq, məktəbə yeni başlamışdı. Buna baxmayaraq yoxlama vəzifəsini, böyüklərdən də yaxşı edər, bu işə hər şeydən çox əhəmiyyət verərdi. Çünki atası yuxuya gedincə siqaretini əlindən salar; bəzən üstünü başını, bəzən yorğanı, bəzən də yerdəki kilimləri yandırardı. Üstəlik də hər yerə spirt bulaşdığından, o zamana qədər bir yanğın çıxmaması, möcüzədən başqa bir şey deyildi.
Atası üçün etdiyi dualar, daha yanğın çıxmadan onu söndürürdü.
Kiçik uşaq yoxlama əməliyyatını, qapının üstündən etmək məcburiyyətində idi. Çünki içəri girsə çox pis danlanar, yaşadığı üzüntüdən sonra o günki heç bir dərsinə hazırlaşa bilməzdi. Anası dolanışıq işini boynuna götürmüşdü. Davamlı olmasa da, həftədə bir neçə gün təmizliyə gedirdi. Kiçik uşaq bu günlərdə atasına daha çox qayğı göstərərdi. Koridorun divarında dayanan rəqqaslı saat, ona vəzifə vaxtını bildirərdi. Yarım saatda bir atasına baxardı. İkidə bir yerindən qalxmağa ərinsə belə, atasına olan sevgidən ötəri, bu işdən əsla şikayət etməzdi. Ən böyük kədəri ona yaxınlaşa bilməmək, bir dəfəcik belə oxşanılmamaq idi. "Tək uşaq çox qiymətlidir" deyənlər, bu baxımdan qətiliklə yanılırdı.
Atası, illər boyu bağlandığı otaqdan yalnız tualet ehtiyacı üçün çıxar, daha sonra heç bir məkana uğramadan, sanki qaçarcasına geri dönərdi. Kiçik uşaq qapının açıldığını eşidincə tələsiklə koridora atılıb, atasının özüylə danışmasını, hətta bəzən yuxusunda gördüyü kimi, sarılaraq öpməsini gözləyərdi.
Lakin ondan yalnız bir tək söz eşidərdi:
"Necəsən?"
"Yaxşıyam atacan" deyərdi gülümsəyərək və sevgisini könülünə həps edərək...
Uşaq bir gün yenə məktəbdən döndüyündə, yoxlama vəzifəsini etmək istədi. Lakin çıxdığı stul çox köhnəlmişdi. Onun bir ayağı birdən qırılınca, uşağı əlləri tutduğu yerdən asılı qaldı. Əllərini buraxaraq aşağı atlaması, özünün hər zaman etdiyi bir şey idi. Lakin stul aşıb tərsinə dönmüş, iti bir xəncər şəklində qırılan ayaq, tam atlayacağı yerdə idi.
Uşaq o şəkildə yellənib dayanmaqdaykən, atası səsləri eşidib çölə çıxdı. Və stulu bir kənara itələdikdən sonra, oğulunu bel qisimindən qucaqlayaraq:
- Əllərini burax! deyə qışqırdı. Qorxma, səni tutdum, düşməzsən.
Kiçik uşaq, bu sözləri heç eşitmirmiş kimi idi. O şəkildə gözləyərkən:
- Burax, burax, qorxma! deyə təkrarladı atası. Səni çox möhkəm tutdum, narahat olma.
Uşaq, ancaq özünün eşidəcəyi şəkildə:
- "Gücüm tükənmədən buraxmam, atacan" dedi. Çünki mənə ilk dəfə sarılırsan...
Ne olur olsun heyatinizdaki gozellikleri nelerese deyiwmeyin...Cunki sizin kicik qayginiz kicik urekler ucun boyuk destekdir...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 122 Bölmə: Sevgi varmı?