Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qorxulu Dünyam (Sadece Oxu)

Qədim zamanlarda bir birilərini dəli kimi
sevən 2 sevgili varmış.Bunlar hər
zaman deyərmişlər gülərmişlər. Zaman
keçir və bunlar artıq yavaş-yavaş
evlənmək barəsində düşünməyə
başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək
məsələsi ortaya çıxır. Oğlan fikirləşir,
fikirləşir, axırı sevgilisi ilə görüşür və
ona bu sözləri deyir:
'Sevgilim, 5 il bilirsən ki az müddət
deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz
geçəcəksən, bəlkə də mən, bəlkə də
hər ikimiz. Bəlkə də zaman və məsafə
bizim sevgimizə heç təsir etməyəcək,
bilmək olmaz.' Bu an qız oğlanın
sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan
cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il
sonra nə olacağını əvvəlcədən deyə
bilməz. Sən deyirsən 5 il də keçsə
sevərəm səni görmədən. Bu, sadəcə
olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən
də 5 ilə sevgi qalarmı bir birimizi
görməsək, onu nə yazıq ki heç birimiz
deyə bilmərik. İndi mən sənə söz verim
ki 5 il sonra mən yenə də səni sevəcəm
və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin
olduğunu bilib sənə elçi gəlməsin.
Mənimsə 5 il sonra tutalım sənə olan
hisslərim bitdi və aydındır ki onda biz
evlənməyəcəyik… Onda mənə
deməzsən ki, bunu o vaxtdan deyərdin də mənə?!!! Ona görə də sənin
ömrünün 5 ilini deyil yalnız 1cə ilini
daha istəyirəm. 1cə il məndən cavab
gözlə,mən əgər görsəm ki 1 ilə sənə
olan sevgim dəyişmir.Onda 5 il ərzində
özümdən arxayın olaram ki səni həmişəlik sevəcəm. Hə,deməli belə, mən
düz 1 il sonra sənə böyük bir buketdə
gül göndərəcəm. Bütün gülləri
sayarsan,əgər güllərin sayı 100 olsa
'məni 4 il də gözlə, sən mənimsən yenə
də' anlamını verəcək 100 gül. Ama əgər 1cə dənə olsun gül əksik olursa,
məsələn, 99 olsa o deməkdir ki artıq
mənim sənə olan sevgim
bitibdir,gözləmə artıq,öz həyatını qur...'
Oğlan bu sözləri deyir və qızın alnından
öpüb yola düşür... Beləcə oğlan gedir əsgərliyə,yavaş-
yavaş əsgərliyini çəkir və 1 il gəlib keçir.
Oğlan söz verdiyi kimi qıza bir buket gül
və içində də bir kağız göndərir.Buket
qıza çatdırılır. Qızın az qalır ürəyi
partlaya o an. Fikri təbii ki o güllərin sayında olur,tez elə bayırdaca yolun
ortasında başlıyır gülləri saymağa.İ lk
dəfə sayır ürəyinə həmən iynələr
batır,çünki ilk saydığında 99 dənə sayır.
Özünü topluyub rahatlaşıb bir daha
sayır ki bəlkə həyəcandan səhv saya.Oturub yerə rahat-rahat yenə
başlayır saymağa. Ama nə yazıq ki sayı
yenə 99 dənə eləyir. Beləcə qız dəfələrlə
sayır,başqalarına da saydırır,ama sayı
yenə 99 olur.Nəhayət,vəziyyəti anlayır
və özünü yerə çırparaq ağlamağa başlıyır.Sora təxmini 1 ay sonra özünə
gəlir… Olanlardan xəbər tutmuş bunu
sevən başqa oğlan buna elçi gəlir.Elə
onunlaca evlənməyə razılıq verir.Və
beləcə də oğlanı ürəyində o biri oğlanla
reallıqda isə bu oğlanla yaşamağa başlayır.Bu axınla 4 il də keçir,və 5 il
necə deyərlər gəlib keçmiş olur.Oğlan
ilk olaraq qızın axtarışlarına
başlayır.Qızı tapır,və qız ondan niyə
gəldiyini soruşur. Oğlanınsa hələ xəbəri yoxdu ki bu artıq
evlidi.Oğlan deyir necə yəni sevgilim,bu
nə deməkdi ki niyə gəlmisən.Bunu
demişdi ki o tərəfdən 3 yaşında bir
oğlan bu qıza səslənib 'ana,acam'
deyir...Bu an oğlanın sanki ürəyinə iynələr sancılır,vəziyəti dərhal anlayır.V
ə sanır ki sadece olaraq qız bunu 5 il
gözləmək istəməyib,sevməyib bunu,
başqasını sevib evlənib. Oğlan üzünü
çevirib oranı tərk etmək qərarına gəlir.
Amma sonra ürəyi dözmür və 1cə dənə sual verir ki 'Nə zaman unutdun məni?'
Qız ağlayaraq deyir ki 'Sən heç nə
dediyini bilirsən?Sən deyildin mənə 99
gül göndərən,insafsız,indi də gəlib
özünü bilməməzliyə qoyursan?!!' Oğlan
bir anlıq susur,fikirləşir.Sonra hər şeyin niyə belə olduğunu başa düşür. Qıza
deyir: 'Sən niyə o kağızı açıb oxumadın
axı!' deyir və özünü saxlaya bilmir
ürəyinin ağlamasını gözlərində də
göstərir. Qız isə tez içəri qaçır,bu
müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən
oğlan deyən kağızı tapır. Kağızda
yazılanı oxuyur: 'Bir an belə fikrimdən
çıxmayan sevgilim, söz verdiyim kimi
gülləri göndərdim.Say bunları, bircə
şeyi unutma ki 100cü gül dünyadakı güllərin ən gözəli,ən təravətlisi olan elə
Sən özünsən...'
Bu an sanki bütün dünya qızın başına
yıxılır, heç nəyin geri qayıda
bilməyəcəyini anlayıb bu əzabdan
qurtarmağın yolunu bircə özünə qıymaqda görür. Əlinə bıçaq alıb özünə
batırmaq istəyəndə birdən çöldən
qışqırıq səsləri gəlir:'Burda biri özünü
öldürüb ay millət'.Qız bunun kim ola
biləcəyini dərhal anlayıb tez bayıra
qaçır… Ama nə yazıq ki artıq gecdi, oğlan artıq sevən ürəyinə mismar
sancmışdı. Bu an qız da tez o mismarı
çıxardıb özünə sancmaq istəyəndə
oğlu gəlib anasını qucaqlayaraq 'etmə
ana' deyir.Anası sevgilisinin adını
vermiş oğlunun bu hərəkətinə görə mismarı əli gəlmir ürəyinə batırsın.
Götürüb gözlərinə batıraraq: 'Sizsiz hər
şeyin günahkarı!' deyir...
Və beləcə də bir birini dünyalar qədər
sevən bu 2 cavan bir birinə qovuşa
bilmir.Biri torpağın altında qaranlıqda yatır,biri isə üstündə qaranlıq
dünyasında yaşayır.....


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 152 Bölmə: Sevgi varmı?
loading...