Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzaq..

Ona toxuna bilmirəm. Ürəyim istəyəndə
qucaqlaya bilmirəm. Düşündüklərimi söyləyə
bilmirəm. Zəng eləməyə belə çəkinirəm.
Utanıram. Qoxusunu da unutdum. Yanında ola
bilmirəm. Əllərini tuta bilmirəm, amma onu
sevirəm. Səbəbi yoxdur. Səbəbi olsaydı mənası
olmazdı. Onu sadəcə sevirəm. Bəzən ağrı verir,
amma sevməkdən vaz keçmək istəmirəm. Onu
sadəcə çox sevirəm..
Həsrətin nə olduğunu astaca qapını döydüyündə
hiss edirem..Telefonun harda olduğunun
əhəmiyyəti olmaz. Qulaqlarım karmış kimi gələn
başqa zəngləri duymaram.Bəlkə də sevilməkdən
çox başa düşünulməyi istəyirem. Bəlkə də elə
sadəcə sonsuzadək ancaq sevilməyi. Bəlkə də
təkcə onu...
Həsrət budur
deyəsən. Onun bir mesajını gözləməkdir həsrət.
Deyirlər a “O bir dəfə yazar, sən min dəfə
oxuyarsan”. Sonra bir mahnı çalar hıçqırtıların
içində gizlənər. “Darıxmışam” deyirəmsə bil
deyə deyil. Gəl deyədir...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Sevgi varmı?
loading...