Sən məni heç sevmədin
Sən mənim baxışlarımı sevdin..
Çünki gözlərimdəki səni gördün.
Gözlərim idi həmişə sənə ağlayan..
Gözlərindi səni mənə baxdıran...
Sən məni deyil özünü sevmisən...
Sən məni heç sevmədin....
Sən mənim xəyallarımı sevdin
Çünki xəyallarımdakı səni gördün
Xəyallarımdı məni səndə yaşadan
Xəyallarındı əsla mənim olmayan
Sən məni deyil özünü sevmisən...
Sən məni heç sevmədin
Sən mənim ürəyimi sevdin
Çünki ürəyimdəki səni gördün.
Ürəyim idi məni sənə aparan
Ürəyin idi əsla məndə qalmayan
Sən məni deyil özünü sevmisən....
Sən məni heç sevmədin...
Sən mənim duyğularımı sevdin...
Çünki duyğularımda belə səni gödün
Duyğularımdı səndən ayrılmayan..
Duyğularındı içində mən olmayan
Sən məni deyil özünü sevmisən...
Sən məni heç sevmədin...
Sən mənim sabahlarımı sevdin
Çünki sabahlarımda sən vardın.
Sabahlarımdı məni sənə ağlatan
Sabahlarındı mənim olmayan
Sən məni deyil özünü sevmisən...
Sən məni heç sevmədin...
Sən mənim göz yaşımı sevdin
Çünki göz yaşımda sən vardın.
Gözyaşımdı sən olub süzülən
Göz yaşındı mən ölüb gedərkən sevinən
Sən məni deyil özünü sevmisən...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi varmı?