Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O Qəlbini Sevdi

Kevinin 22 yaşı yenicə tamam olmuşdu. Özündən əmin, çox ağıllı cavan oglan idi. 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu, amma ölkəsindən ayrılmaq çətin gəlirdi ona. Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı. Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərdə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər gütürdüyü hissələr Kevinə maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl kitabı oxuyan adamın kim olduğunu soruşdu, «Holly adında bir qadındır» deyə cavab verdi kitabxanaçı. Qadının ünvanın kitabxanaçıdan götürdü ve evə çatar çatmaz bir məktub yazdı:

«Böyük Kitabxanada bir kitab oxudum. Əlavə etdiyiniz qeydlər qarşısında heyranlıq duyduğumu gizlədə bilmədim. 10 gün sonra Koreyaya gedirəm, sizi tanımaq və sizinlə məktublaşmaq istəyirəm. Cavabınızı səbirsizliklə gözləyirəm.» Hollidən müsbət cavab gəldi və məktublar ard-arda yazılmağa başladı. Hər yeni məktubda bir-birlərindən bir az daha təsirlənir, ürəklərini bir-birlərinə bir az daha açırdılar. 2 il bu şəkildə keçib getdi. Kevin ve Holly bir-birlərinə bəlkə minlərlə məktub yazmış, hər məktubdan da bir-birilərinə daha da möhkəm bağlanmışdılar. Kevinin ölkəsinə geri dönmə vaxtı gəlib çatdı. Son məktubunda Hollini görmək istədiyini yazdı. «Ancaq səni tanıya bilmək üçün mənə bir şəkilini göndər, xahiş edirəm» deyə əlavə etdi. Holly görüşməyi qəbul etdi, lakin şəklini göndərmədi. "Şəkilin nə əhəmiyyəti var ki? Bizi bir birimizə bağlayan ürəklərimiz deyilmi? Yaxama qırmızı bir gül taxacam" dedi. Günlər bir-birini qovdu və Kevin ölkəsinə qayıtdı. Qatardan endiyi ilk anda gözləri Hollini axtardı. Bir müddət baxdı, baxdı, sonra insanların arasında indiyə qədər gördüyü ən gözəl bir qadın gördü. Uzun boylu, çox gözəl, uzun sarı saçlı, gömgöy iri gözləri və mavi paltarıyla möhtəşəm bir qadın idi. Qadına doğru bir addım atdı, amma yaxasında heç bir şey yox idi. Qadın onun gözlərinə baxdı və «Salam dənizçi, mənimlə gəlmək istəyərsənmi?» deyə soruşdu. Elə həmin an gözəl qadının arxasında, yaxasında qırmızı çiçək olan qadını gördü. Qısa boylu, kök, boz qısa saçlı, tozlu uzun paltosu və qalın biləkləriylə sakitcə dayanırdı. Kevin çaşmışdı, az əvvəl həyatında gördüyü ən gözəl qadından bir təklif almışdı, amma qarşısında da ürəyinə aşiq olduğu qadın dayanmışdı. Özünü yığışdırdı və yanından keçən dünyalar gözəli qadını vecinə almadan addımladı. Əlində Holly ilə bir-birlərini tanımalarına kömək edən kitab vardı. Əlini uzatdı, " -Salam Holly dedi.Qadın gözlərinin icində gülümsəyərək "- Bağışlayın, dedi, Mən Holly deyiləm. Bir az bundan qabaq burdan keçən sarı saçlı mavi paltarlı qadın yaxama bu çiçəyi taxdı və bunu həyatınızın imtahanı olduğunu söylədi. Sizi stansiyanın çıxışındaki kafedə gözləyir...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Sevgi varmı?
loading...