Sonsuz bir qaranlığın içindən doğuldum. İşığı gördüm, qorxdum. Ağladım.
Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum.
Gün gəldi sonsuz qaranlığa yola saldım sevdiklərimi...
Ağladım.
* * *
Yaşamağı öyrəndim.
Doğumun, həyatın bitməyə başladığı an olduğunu; aradakı hissənin, ölümdən oğurlanan zamanlar olduğunu öyrəndim.
* * *
Zamanı öyrəndim.
Yarışdım onunla...
Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öyrəndim...
* * *
İnsanı öyrəndim.
Sonra insanların içində yaxşılar və pislər olduğunu...
Sonra da hər insanın içində yaxşılıq və pislik tapıldığını öyrəndim.
* * *
Sevməyi öyrəndim.
Sonra güvənməyi...
Sonra da güvənin sevgidən daha qalıcı olduğunu, sevginin güvənin möhkəm zəmini üzərinə qurulduğunu öyrəndim.
* * *
İnsan bədənini öyrəndim.
Sonra bədənin altında bir ruh olduğunu...
Sonra da ruhun əslində bədənin üstündə olduğunu öyrəndim.
* * *
Kainatı öyrəndim.
Sonra kainatı işıqlandırmanın yollarını öyrəndim.
Sonunda kainatı işıqlandıra bilmək üçün əvvəl ətrafı işıqlandıra bilmək lazım olduğunu öyrəndim.
* * *
Çörəyi öyrəndim.
Sonra barış üçün çörəyin bolca çıxarılması lazım olduğunu...
Sonra da çörəyi haqq tərəfindən üleşmenin, bolca çıxarmaq qədər əhəmiyyətli olduğunu öyrəndim.
* * *
Oxumağı öyrəndim.
Özümə yazını öyrətdim sonra...
Və bir müddət sonra yazı, özümü öyrətdi mənə...
* * *
Dünyaya tək başına meydan oxumağı öyrəndim gənc yaşda...
Sonra izdihamlarla birlikdə getmək lazım olduğu fikirinə vardım.
Sonra da əsl gedişin izdihamlara qarşı olması lazım olduğuna anladım.
* * *
Düşünməyi öyrəndim.
Sonra qəlblər içində düşünməyi öyrəndim.
Sonra sağlam düşünmənin qəlbləri yıxaraq düşünmək olduğunu öyrəndim.
* * *
Namusun əhəmiyyətini öyrəndim...
Sonra məhrumdan namus gözləmənin namussuzluq olduğunu; gerçək namusun, günah əlinin altındaykən, günaha əl sürməmək olduğunu öyrəndim.
* * *
Gerçəyi öyrəndim bir gün...
Və gerçəyin acılı-ağrılı olduğunu...
Sonra dozasında ağrının, yeməyə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim.
* * *
Hər canlının ölümü dadacağını, amma yalnız bəzilərinin həyatı dadacağını öyrəndim.
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Sevgi varmı?