Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dord Sam

Dörd şam yavaşca yanırdı. Mühit çox səssiz idi və danışmaları eşidilirdi. İlk şam söylədi:
“Artıq kimsə dincliyin dəyərini bilmir, deyəsən sönəcəyəm”.
Alovu sürətlə azaldı və tamamilə söndü.
İkincisi söylədi:
“Az qala hər kəs mənim artıq lazımlı olmadığımı düşünür, o səbəblə daha çox yanlı qalmama heç ehtiyac yoxdur''.
Danışmağı bitirdiyi zaman, bir külək yüngülcə əsdi və onu söndürdü. Kədərlicə üçüncü şam sırası gəldikdə danışdı:
“Yanlı qalmaq üçün artıq gücüm qalmadı. İnsanlar məni bir kənara buraxdı və əhəmiyyətimi anlamadı. Özlərinə ən yaxın olanları belə sevməyi unutdular "
O da heç zaman itirmədən söndü. Və qəflətən bir uşaq otağa girdi və üç şamın yanmadığını gördü.
"Niyə yanmırsınız? Sizin sonuna qədər yanmanız lazımdır" deyərək ağlamaya başladı. Dördüncü şam dedi:
"Qorxma, mən hələ yanlı ikən digər şamları yenidən yandıra bilərik“.
Parlayan gözlərlə, uşaq ümid şamını götürdü və digər şamları yandırdı...



Ümidin alovu həyatınızdan əsla sönməsin...
beləcə hər birimiz ümidi, inancı, barışı və sevgini davam etdirə bilərik !!!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Sevgi varmı?
loading...