Bir gün baramada kiçik bir dəlik meydana çıxır, dəliyin ucu tərpənirdi. Bu tərpənməyi bir adam görür, maraqlanır və oturub kəpənəyin saatlar boyunca bədənini bu kiçik dəlikdən çıxarmaq üçün səy göstərdiyini izlədi... Bir ara sanki kəpənək dəlikdən çıxmaq üçün səy göstərməkdən imtina etmiş kimi gəldi adama, sanki kəpənək əlindən gələn hər şeyi etmiş və artıq edə biləcəyi bir şey qalmamışdı. Bu vəziyyəti hiss edən adam, kəpənəyə kömək etməyə qərar verdi. Əlinə kiçik bir kəsici alət götürüb, baramadakı dəliyi böyütməyə başladı. Dəlik kəpənəyin rahatca çıxa biləcəyi ölçüyə gəldi İndi kəpənək baramadan asanca çölə çıxdı. Kəpənəyin bədəni quru və kiçik, qanadları büzük-büzük idi. Baramadan çıxan kəpənəyi izləməyə davam etdi; adam kəpənəkdən bir şey gözləyirdi, kəpənəyin qanadlarının açıb pərvazlanacağına və bədənini daşıyacaq qədər güclənəcəyinə ümid edirdi. Amma adamın gözlədiklərinin heç biri olmadı! Kəpənək uça bilmədi O an uça bilmədi, heç bir zaman uça bilmədi! Kəpənək, həyatının geri qalanını qurumuş bir bədən və büzülmüş qanadlarla yerdə sürünərək keçirdi. Nə qədər sınasa da əsla uça bilmədi. Adam kəpənəyə yaxşı niyyətlə kömək etmək istəmişdi, kəpənəyə yaxşılıq edim deyərkən nə böyük bir pislik etmişdi. Adamın anlaya bilmədiyi bir şey vardı. Baramanın məhdud olmasına və buna qarşılıq kəpənəyin dar bir dəlikdən çıxmaq üçün göstərməsi lazım olan səyin, ALLAHın kəpənəyin bədənindəki mayeni onun qanadlarına göndərmək və bu sayədə də baramadan xilas olduğu anda uçmasını təmin etmək üçün olduğunu anlamadı. Kəpənək baramada qalacağı qədər qala bilməmişdi. Beləcə kəpənəyə yaxşılıq edərkən onun həyatını məhv etdi....
Bəzən həyatda tam olaraq ehtiyac duyduğumuz şey mübarizədir... Əgər ALLAH, həyatda hər hansı bir səy olmadan irəliləməmizə icazə versəydi, o zaman bu kəpənək kimi bir mənada şikəst qalardıq. O zaman ola biləcəyimiz qədər güclənə bilməz, əsla uça bilməzdik.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Sevgi varmı?