80 yaşına çatmış yaşlı ata ilə onu ziyarətə gələn 45 yaşında və hörmətli bir işi olan oğlu salonda otururdular. Uzun söhbət etdikdən sonra oğlu susmuş artıq getmək istəyirdi. O anda üzerində oturduqları divanın yanındakı pəncərənin pərvazına bir qarğa qondu. Yaşlı ata qarğaya gülümsəyerək bir az baxdıqdan sonra oğlundan soruşdu:
'Bu nədi oğlum?'
Oğlu çaşmış cavablandırdı:
'O bir qarğadı ata.'
Yaşlı ata qarğaya bir az daha baxdıqdan sonra yenə soruşdu:
'Bu nədi oğlum?'
Oğlu daha da çaşmış yenə cavablandırdı:
'Ata o bir qarğadır'
Qarğa helə pervazda komik hərəkətlərlə başını sağa sola çevirir , başını yan yatırdır , havaya baxır , sonra başını yenə onlara çevirirdi. Yaşlı ata üçüncü dəfə soruşdu:
Bu nədi?
Oğulunun çaşqınlığı səbirsizliyə dönmüşdü:
'O bir qarğadı ata üç oldu soruşursan. Məni eşitmirsənmi?
Yaşlı ata dördüncü dəfə də soruşduqda oğlunun səbri daşdı ve səsini yüksəltdi:
'Ata bunu niyə edirsən? Tam dörd dəfədir onun nə olduğunu soruşursan sənə cavab verirəm və sən helə soruşmağa davam edirsən. Səbrimi yoxlayırsan?'
Atası üzünde bir gülümsəmə göründü yenə . İçəri otağa getdi və əlində bir dəftərlə döndü. Bu bir xatire dəfteri idi. Oturdu . Səhifələrini qarışdırdı ve axtardığını tapdı. Sevgiylə gülümsəməyə davam edərək səhifəsi açıq bir vəziyyətdə dəftəri oğuluna uzatdı və o sehifeni oxumasını söylədi.
Səhifədə yazılmışdı:
'Bu gün 3 yaşındakı kiçik balamla salondakı divanda oturarkən yanımızdakı pəncərənin pərvazına bir qarğa qondu. Oğulum tam 23 dəfə onun nə olduğunu soruşdu. 23-cü dəfə soruşanda da ona sevgiylə sarılaraq onun bir qarğa olduğunu söylədim. Narahat olmaqmı ? Xeyr ! Onun sualını günahsızca təkrar edişi içimi sevgiylə doldurdu.'
Uşaq vaxtı biz böyüklərdən soruşaraq öyrənirik. Vaxt gəlir onlar bizdən nəsə soruşurlar. Onlara eyni səmimiyyetlə cavab verməliyik. Yoxsa hekayədəki kimi davranmamalıyıq!!!
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi varmı?