Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonunda Gedecem

Sonunda gedəcəm...

Sənə olan məhəbbətimi köksümdən zorla qopardıb uzaqlara atacam.Səni yad əllərə,saxta nəvazişlərə tapşıracam.Sinəmə çalın-çarpaz dağ çəkdiyinə görə Səndən uzaqlarda qərar tutacam.
Ayrı,tənha,sevincsiz bir dünyada uyuyacam.Ucuz tutulduğuma görə,ayaqlar altına atıldığıma görə,Sənə olan məhəbbətimdən qisas alacam.Səndən və məndən uzaqda can verəcək bu məhəbbət.Nə bir yaxını olacaq,nə bir həyanı.Nə dərdini başa düşən olacaq,nə də ki,yarasını bağlayan.Son yarpaq kimi düşəcək ağacdan.Nə o mənə yaxın gələ biləcək,nə mən ona yaxın düşə biləcəm.Nə o məndən imdad diləyə biləcək,nə də ki,mən kömək edə biləcəm.Sonda isə mən də gedəcəm...
Nə olmuşam,nə sevmişəm,nə də ki,sevilmişəm.Yox imişəm yox! Yoxluğuma özümüdə inandıracam.Unudulmuş,yaddan çıxmış bir insana dönəcəm.Uzaqlara çəkiləcəm.Gözəl bir dünyaya ümid bağlayacam.Haqq dünyamı arzulayacam.Nahaqq dünyada sənə yaxın,hamıdan uzaq bir ömür sürəcəm.Sənin sevincinə sevinəcəm,kədərinə üzüləcəm,lakin gözünə görünməyəcəm.Yox dünyamda bir var dünya quracam içinədə səni qoyacam.Amma onu hamıdan səndən də gizləyəcəm.
Bu həyat saxta ümidlərlə,arzularla doludur.Bu həyat saxta görüşlərlə,öpüşlərlə doludur.Bu həyat saxta gülüşlərlə,sevinclərlə doludur.Bu həyat saxta qayğılarla,nağıllarla doludur.Bu həyat son vidayla,son sədayla doludur deyib.Bu həyatı sənə qoyub gedəcəm.
Sonda isə məhəbbətim qarqız kimi əriyəcək...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi varmı?
loading...