Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat Mənə Həyatı Başa Saldı.

Heçnə və heç kim kənardan göründüyü kimi deyil.Necə ki,ağ və qara bir-birinə əks rənglərdir.Eləcə də insanlar bir-birinə əksdir.Onları tanıdıqca fərqlərini üzə çıxarırsan,özünün daxili aləmini kəşf eləyirsən.Özünü daha fərqli bir insan bilirsən.Əvvəllər düşünürdüm insanlar eynidir,bərabərhüquqludur.Amma heç də elə deyil.Kənardan bir pəncərədən baxdıqda anladım ki,gözünüzün deyib,qulağınızın eşitdiklərinə inanmayın.Hər kəsin içində yalanlar gizlidir.Ən məsum insan belə qəlbində yalan daşıyır.Elə bilirsən bu həyatda səni düşünənlər var?Yalandır!Absurtdur!Uydurmadır!Bu fani həyatda səni səndən başqa heç kəs düşünmür.Səni səndən daha yaxşı heç kəs anlaya bilməz.Ona görə bu həyatını düşünmə gələcəyini düşün.Yaşadıqca keçmiş səhflərinə görə utanacaqsan.Amma bir müddət də keçəcək.Qəlbinin yaraları sağalmağa başlayacaq.Sən yenə hər kəsə inamağa başlayacaqsan.Həyatın nəbzini tutmaq istəyəcəksən.Yenə fərqliliklər axtarışında olacaqsan.Yenə həyatının mənasını başqalarında axtarassan.

Yaralar sağalamağa başladığı anda,yenidən qanayacaq bir daha sağalmamaq üzərə.Amma etmə bunları!!!Başa düş artıq sən özün bir dünyaya bərabərsən!Özün öz həyatının mənasısan.Təkcə sən deyil,hər bir insan öz həyatının mənasıdır.Ona görə mənanı başqalarında axtarma.Yeniliklərə meyl etmə!İdeallıq axtarma!Hər kəsi olduğu kimi qəbul etməyi bacar!Heç kəsə məsləhət vermə!Deyəcəksən niyə?Çünki sabah sənin də məsləhətə etiyacın olduğu bir an olacaq!
Sev!Sevil!bu dünyada amma dərinliklərə getmə.Boş burax biraz sevgiyi.Qoy o özü qanadlasın.Amma ipinidə əlindən vermə.Sevgiyə inan amma daxilinə ümid vermə,insanlara inanma.Sonda əzabı sən çəkəcəksən.Çox kaşkilər deyəcəksən.Amma heç bir fayda verməyəcək.Niyə verməlidir axı?Özün bilərəkdən öz həyatını məhv et!Sonda de ki,kaş belə olsaydı,kaş elə olsaydı.Ona görə də heç kəsin ağlına uyma!Amma qəlbinin də səsini dinləmə o səni çaşdıra bilər çünki səni elə bir uçuruma sürükləyər ki,o uçurumdan ömür boyu yaxanı qurtara bilməssən.Bəlkə də qurtularsan amma daim zədəli qalarsan.Yaşım azdır düzdür!Amma mən həyatı çox gözəl başa düşürəm!Ən məsum,mələk kimi görünən insanın belə içindəki şeytanlıqları görə bilirəm.Mən insanları yaşadıqca çox yaxşı tanıyıram.Başa düşürəm hər birinin istəklərini,mənfəətlərini,gülünclükləriniReklam olmaz !!!adlıqlarını çox gözəl başa düşürəm.Onların yalnız özüləri üçün yaşadıqlarını da bilirəm.Ona görə mən də özümə görə yaşayacam.Mən də eee cəhənnəm olsun deyəcəm..Çünki həyat bundan ibarətdir.Pisə qarşı,pis!Yaxşıya qarşı yaxşı olmağı bacarmalısan.Həyat bir oyundur baxır kim yaxşı oynayır rolunu.Rolunu yaxşı oynayan daim irəlidə olacaq.Ən əsası gözün daim açıq qalmalıdır.Bax onda sən irəli gedə biləcəksən.Həyat mənə bu yazdıqlarımdan da artığını başa saldı.Həyat mənə ən əsası özümə dəyər verməyi öyrətdi.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi varmı?
loading...