Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyalimdaki Sevgilime

Gün batımında və mavi dənizə baxaraq yazıram bu sətirləri sənə. Kim olduğunu,qarşıma nə zaman çıxacağını,məni sevib sevməyəcəyini, mənə nələr yaşadacağını bilmədən səslənirəm sənə. Yanımda bu anı bölüşə biləcək birinin olmaması nə qədər kədərli olsa da, xəyalımda bu anı bölüşə biləcək bir sevgilimin olması o qədər gözəldi.İndi bəlkə də uzaqlarda öz taleyini yaşayırsan.Bəlkə də sən də yalnızlığını bölüşəcək birinin olmadığını düşünərək bir xəyal canlandırırsan və bəlkə də xəyalında sən də məni düşünürsən. Hansı duyğu içindəsən bilmirəm,amma əmin ola bilərsən ki,mən yaşanılası yalnızlığı yaşayıram.Qarşımda ucsuz-bucaqsız bir dəniz maviliyi və üzərində batan günəş şüası. Olduğum qumsalda heç kim yoxdu və sadəcə dalğa səsləri qulağıma gələn tək musiqi.

İnsanlar axşam yürüşlərinə çıxıblar. İki qadın keçir olduğum yerdən,üzləri gülümsəyir söhbətlərindən.Həyatı bölüşmək üçün tapılan yanlış insanlar haqqında söhbətlər...Və hər şeyə nəzərən həyat davam edir...

Dediyim kimi yaşanılması və darıxdığım yalnızlıq içərisindəyəm...Bəzən həyatın streslərindən, çətinliklərindən və səs-küyündən qaçmaq istəyirsən, ətrafımızda heç kimin olmadığı dəniz, günəş və dalğa səsləri ilə qalmaq istəyirsən. Bax,indi mən o anlardan birini yaşayıram bu axşam.Nə vaxtdır olmadığım qədər yalnız,xoşbəxt və ümidliyəm.Xəyallar qururam gələcəyə dair,yalnızlıqdan uzaq xəyallar....Yanımda sən varsan bu sakit axşamda,əllərin əlimdə,baxışlarımız bir-birimizdə.Dənizin maviliyi,günəşin qızılılığı və sevgimiz var.

Bu günbatımında sənə aid hekayələr yazıram və sən gəlirsən yanıma.Əlində bir fincan çay.Saçlarıma toxunub,oxşayırsan və gülümsəyərək sənin üçün yazdıqlarımı oxuyursan.Çayımı soyutmamağım üçün xəbərdar edirsən məni.Əslində baxışlarımın sənə yönəlməini istəyirsən.Gözlərinin dərinliyində itib getməyimi istəyirsən və səndə mənim gözlərimin dərinliyində itib getmək istəyirsən.Birdən mənə toxunursan və gözlərimə baxırsan.Üşüdüyümdən narahat olaraq pencəyini çiyinlərimə atırsan. Başımı çevirib sənə baxdığımda gözlərimdəki minnətdarlığı görmək istəyirsən. Əslində yanımda olmağın mənim sənə ən böyük minnətdarlğımdı.Tam qarşımdakı stula oturursan və məni izləməyə başlayırsan. Nə olar qalx ordan.Sənə baxarkən yaza bilmirəm səni, səni yzmaq deyil yaşamaq gəlir içimdən.Gözlərini,gülümsəməyini yaza biləcəyim söz yoxdu lüğətdə.O gözlərini,gülümsəməyini sevirəm.Heç bir not yoxdu sənin səsini yazmağa.Səsini eşitməyi sevirəm.Səni və gözəlliyini çəkə biləcək rəssamın dünyaya gəldiyinə inanmıram.Sənə baxmağı sevirəm.Yerini heç kimin tuta bilməyəcəyini bilirəm və səni hər şeydən çox sevirəm. Kimsən,hardasan bilmirəm,amma səni xəyal etmək gözəldi.Səni xəyal etmək bu qədər gözəldisə,səni yaşamaq daha gözəldi.Bəlki bir gün çıxarsan qarşıma və mənə baxıb gülümsəyərsən,həyacanlandırarsan məni.Bəlki də heç çıxmazsan qarşıma,sadəcə xəyallarımda qalar və orda böyüyər sevgim.Əslində bilirsən səni tapdığım o gün üçün xəyal qurmamalıyam. Hədiyyə olmalısan mənim üçün.

Günəşin uzaqlarda yox olduğu anlarda oyandım xəyallarımdan.Nə sən var idin yanımda,nə də xəyallarımdakı baxışların.Yaşanılası yalnızlığımı hələ də yaşayıram,amma yaşanılası xəyallarımın sonu gəldi.

Mən burada, bu küləkli gecədə səni və sənin sevgini gözləyirəm. Ürəyimdəki xəyalların gerçək olmağını istəyirəm.Harada olursan ol, nə vaxt qarşıma çıxacaqsan çıx indidən deyirəm: ”Varlığın xəyalından gözəldir bilirəm. Səni çox sevirəm”.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 178 Bölmə: Sevgi varmı?
loading...