9-cu sinifdə oxuyurdum. İngilis dili dərsində yanımda bir qız otururdu. Ona SƏN MƏNim ən yaxşı dostumsan deyirdim. Amma MƏN onun ipək kimi saçlarına baxıb onun MƏNim olmağını istəyirdim. Amma o MƏNə MƏNim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Dərsdən sonra keçən dərsdə olmadığı üçün MƏNdən qeydləri istədi. Ona qeydləri verəndə təşəkkür etdi və yanağımdan öpdü. Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim. Onu çox sevirdim amma deyə bilmirdim. Səbəbini bilmirdim amma çox utanırdım.
10 cu sinifdə oxuyanda telefonum çaldı. Zəng eləyən o idi. O ağlayırdı,sevginin necə ürəyini sındırdığını deyirdi. MƏNi evinə çağırdı. Tək qalmaq istəmədiyini deyirdi. MƏN təbii ki,getdim. Divanda onun yanında oturdum. Gözəl gözlərinə baxıb onun MƏNim olmağını istəyirdim. 2 saatdan sonra Drew Barrymore`nin bir filmi başladı. Filmə baxdıqdan sonra yatmağa qərar verdi. Hər şey üçün MƏNə təşəkkür etdi və yanağımdan öpdü.
Məzuniyyət balından bir gün əvvəl yanıma gəldi və sevgilisinin xəstə olduğunu dedi. MƏNim də birlikdə getməyə sevgilim yox idi. 7-ci sinifdə bir-birimizə söz vermişdik ki, əgər bala getməyə sevgilimiz olmasa birlikdə gedəcəyik. Və ən yaxşı 2 dost olaraq bala bir yerdə getdik. O gün çox gözəldi. Hər şey yolunda idi. Gecədən sonra onu evlərinə qədər ötürdüm. Qapının qabağında ona baxdım, MƏNə daha gözəl göründü. O da gözəl gözləriylə MƏNə gülümsəyərək baxdı. Onun MƏNim olmağını istəyirdim. O MƏNə MƏNnim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. MƏNə həyatımın ən gözəl gününü keçirdim deyib yanağımdan öpdü.
Günlər keçdi və məzuniyyət günü gəlib çatdı. Bütün günü ona baxırdım. Diplomunu almaq üçün səhnəyə çıxanda sanki havada süzən bir mələk idi. Evə getməmişdən qabaq yanıma gəldi və ağlayaraq MƏNi qucaqladı. Sonra başını çiynimə qoyub, SƏN MƏNim ən yaxşı dostumsan deyib yanağımdan öpdü.
Aradan illər keçdi. İndi o qızın nigahını izləyirəm. Bəli o artıq evlənirdi. Onun başqa bir adamla evli olaraq yeni həyata girməyini öz gözlərimlə izləyirdim. Yeni həyata girmədən öncə yanıma gəldi, toyuma gəldin deyib təşəkkür etdi və MƏNi yanağımdan öpdü.
İllər çox tez gəlib keçdi. İndi MƏNim bir zamanlar ən yaxşı dostum olan qızın tabutuna baxıram. Əşyaları yığışdırılanda məktəb illərində yazdığı gündəliyi tapıldı. Gündəlikdə oxuduğum sətirlər belə idi:
`ONUN GÖZLƏRİNƏ BAXARAQ ONUN MƏNİM OLMASINI ARZULADIM.AMMA O MƏNƏ MƏNİM ONA BAXDIĞIM GÖZLƏ BAXMIRDI,BUNU BİLİRDİM.ONU SADƏCƏ DOST KİMİ İSTƏMƏDİYİMİ BİLMƏSİNİ İSTƏYİRDİM.ONU ÇOX
SEVİRDİM AMMA DEYƏ BİLMİRDİM.SƏBƏBİNİ BİLMİRDİM AMMA ÇOX UTANIRDIM....KAŞ MƏNƏ BİR DƏFƏ DƏ OLSUN SEVDİYİNİ DEYƏRDİ...`
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Sevgi varmı?