Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan qadını sən bir incisən...

Sevgidən doğulmuş bir saf incisən
Ürəyin ən şirin təbəssümüsən..
Bənzərində yoxdur,sən yeganəsən
Azərbaycan qadını sən bir incisən



Ən gözəl arzular qoy sənin olsun
Ən gözəl dualar sənin olsun
Ömrün qəlbin kimi nurla boyansın
Azərbaycanın mehriban qadını


Qarşında baş əyir, qürurlu dağlar
Çiçəklər həsrətlə sənə baxarlar
Adın çəkiləndə durular sular
Azərbaycan qadını sən gözəlliksən


Köməyə çatırsan hər saat, hər an
Səni düşündükcə fəxr edir insan
Xalqına Tanrıdan gələn bir paysan
Azərbaycan qadını, sən mehribansan..


Ən gözəl arzular qoy sənin olsun
Ən gözəl dualar sənin olsun
Ömrün qəlbin kimi nurla boyansın
Azərbaycanın mehriban qadını


Tarix: 27.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Sevgi şerləri
loading...