Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən sənin xətrinə dəyərəmmi heç...

Tanrıdan pay gələn sevgimsən mənim
Heç kəsə vermərəm mənimsən mənim
Sinəmdə çırpınan qəlbimsən mənim
Mən sənin xətrinə dəyərəmmi heç?

Ən çox güvəndiyim, inandığımsan
Allahın verdiyi sevgi payımsan
Sən mənim canımdan əziz canımsan
Mən sənin xətrinə dəyərəmmi heç?

Yazdim bu şeirdə qəlbdən keçəni
Məhəbbət xəstəsi etmisən məni
Bilki sonsuz eşqle sevirəm səni
Mən sənin xətrinə dəyərəmmi heç?


Tarix: 26.12.2014 / 12:00 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Sevgi şerləri
loading...