Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kuce

Deyirlər islanıb o küçə yenə,
Göylərə bənd olub yolunu azıb.
Şorgöz kişilərə oxşayan küçə,
Bir yağış xanıma meylini salıb. Uladı küləklər qulaqlarımda,
Buludlar doluxdu göylər üzündə.
Bu axşam tozunu almadı yağış,
Döngəsin itirdim küçənizin də. Gör necə oxşayır dodaqlarımı,
Həsrətim yağışın tamından boylu.
Göylərin ətrini üzümdən alan,
Bir gözəl abrımı islağa qoydu. Lap tezdən günəşin gözündən uzaq,
Bir əlçim telini jalə yaşlasın.
Səni oğurladım baxışlarımla
ki,səhərlər günüm səndən başlasın.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi şerləri
loading...