Sevgi Cezasi
Axtarıram nahaqdan,
Bəllidir, artıq yerin,
Sən mənə qara zindan,
Mən isə sənin əsirin.
Sevgi zülüm cəzası,
Elə bir azardı ki,
Cəzam ölüm cəzası,
Olsaydı, nə vardı ki ?!
Qanayır hərdən yaran,
Qəlb evin dəlik-dəlik,
Çürüyür içdən insan,
Sağalmır bu xəstəlik.
Kədər, sıxıntı, dərd, qəm,
Əl çəkməyir yaxandan,
Düşünürsən ki, hər dəm,
Yox olasan cahandan.
Gözündə yaş sellənir,
Ürək saxlayır yası,
Sevgi yaşayan bilir,
Budur "Sevgi cəzası...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi şerləri
loading...