Bu Duygunun Adi Sevgi
İstəməzdim “sevdan” adlı bu yuxudan
oyanmaq,
Yavaş-yavaş dan sökülür aramızda,
biləsən...
Bu dəfəki ayrılığa asan oldu dayanmaq,
Tanımadım ürəyimi, bu mənəmmi görəsən?! Yalanların inamımda ocaq çatıb
məşhərə...
Közlərini yana-yana götürürəm əlimə.
Bir vaxt məni mələk kimi qaldırdığın
göylərə
Min sualla üz tuturam, nələr gəlir dilimə... Sənin üçün kiməm, nəyəm? Xəyalının
qadını?
Ürəyinin sahibimi, dostun, yadın....,
sevgilin?
...Özün üçün sən qoyarsan bu hisslərin
adını, Mənim üçün, bu - sevgidi, sənin adın -
sevgilim!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri
loading...