Göylərin altında...
Göylərin altında eşqim, inadım,
Göylərin üstündə ruhum, qanadım,
Əlim boşda qaldı, - göyü qınadım,
Qəlbimə göylərin odu qalandı.
Neçə oxlarına sinəmi gərdim,
Dərdim bu olsaydı, nə idi dərdim?
Yaşıma od vurdu, qurumu sərdi,
Başıma dünyanın özü dolandı.
Nə ilə ovunsun bu dərdli sinə,
Ya yar yar ola kaş, ya bu od sönə.
Nə deyim ona rast gəldiyim günə?
Qəmimin ucuna bir qəm calandı.
Göylərin altında...
Düzə yoxdu zaval, düz düzdü elə,
Nazilər, üzülməz-düz sözdü elə,
Dili can demədi, can üzdü elə,
Zalımdı, ilandı, adam çalandı.
Mənim ağ qismətim, mənim ağ adım,
Üzə ağ olmadım, üzü ağ oldum,
Vahidəm, zülmətdə bir çıraq oldum-
Gözümün yağıyla yandı, nurlandı.
Tarix: 27.01.2015 / 11:55 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Sevgi şerləri
loading...